23.04
Keçənlərdə yaxın dostumla söhbət edirdik(telefonda) Və həmişəki kimi, bir nöqtədən sonra bu söhbət mənim monologuma döndü(onunla bütün söhbətlərimiz belə bitir) Münasibətlərdən açıldı mövzu; Deyirəm ki, bilirsən də o qədim yunan əfsanəsini; Zevs’in yaratdığı insanlar əvvəl tək ruha sahib, 4 əlli, 4 ayaqlı, 1 başda 2 üzü olan, kürəkləri bir-birinə
Gecə saat neçədi heç bilmirəm. Sadəcə bilirəm ki, bir çoxları yatıb indi. Bir oyaqdı yazışan sevgililər, dərsini çatdırmağa çalışan tələbələr, bir mən, hə, bir də Allah. Skamyada oturmuş, dənizin dalğalanmağını dinləyirəm. Bu səs hüzur vericidir. Çox sevirəm bu səsi. Birdən yanımda balaca bir uşaq peyda oldu. Çox qəribəydi. Balacanın 5 yaşı
Reklam
8 Mart
Bugün 8 Martdır. Dünya Əməkçi Qadınlar Günü! Bilirsən, həm də bugünün mənim üçün travmatik bir əhəmiyyəti var. Böyüdüyüm yerdə qadınların o qədər də böyük arzuları olmur. Bunu ən son açıqlayacam. Bu travmam haqqında bəhs edim sənə. 8 mart günü xaricində də ilin bütün aylarında, günlərində, saatlarıda da iliyimə qədər hiss edirəm bunu. Bugün sahilə
Gecə-gecə yenə ürəyi dolu bir mən...ehh
Bu vaxtacan çox insanla tanış oldum lakin heç anlaşılmadım. Bəlkə də uşaqlığıma verəcəksən bu anlaşılmamazlığımı.Yaşım az həə bilirəm, amma insanı böyüdən elə yaşadıqları deyilmi? Həə harda qalmışdım?Hə hə anlaşılmadım deyirdim. Çay içərkən dadı pis vəya yaxşı olmağından asılı olmayaraq dibində bir damcı da qalmayacaq qədər içdiyimi, yol gedərkən
Deyilməyən çox sözün basdırıldığı məzarlıqdır-"nəysə".
Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.
Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. Bir müddət susdum, sonra durum bir çay dəmlədim. İstər hava isti olsun, istərsə də soyuq ən qüvvətli ağrıkəsicinin çay olduğunu qəbul edəli ömürdən təsirli illər keçir. O çayın yanına mütləq şirniyyat olmalıdır və mənim tək sevmədiyim şirni qənddir. Hə... harada qalmışdıq?! Zənnimcə demişdim ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.... Axşama da yemək bişirməmişəm. Əslində, elə çox ac olduğumu da düşünmürəm. Bu evin polu və tavanı da çox köhnəlib. Mən də necə də mənalı danışıram, İlahi. Köhnələr də axı iyirmi ilin təmiridir. Belə... sözüm odur ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. Qonşum da lap adamı dəli edir. Bütün gün evdən tak-tak səslər gəlir. Gecə yuxumu da yata bilmirəm. Evim üçün aldığım televizorun üç gün sonra kreditini ödəməliyəm. Və mənim hələ də maaşım köçməyib. Üstəlik həkimə də getməliyəm.Nəysə...bu ay həkimə getməsəm də olar. Mən bayaq nə deyirdim? Bax yenə unutdum. Hə.... bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.
Reklam
219 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.