Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
334 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
“Bu qədər sevilmək necə də boğucudur…”
Sənə deyəsi o qədər sözüm var ki.. 1970-ci illərin kiçik Ohayo şəhərində yaşayan Çinli Amerikalı ailənin hekayəsidir. Kitabın əvvəlində Li ailəsinin sevimli qızı Lidiya itkin düşür və daha sonra göldə ölü kimi tapılır. Bu itki və kədər ailə fərdləri arasındakı münasibətlərin hansı dərəcədə olduğunu görməyə imkan verir. Deyərdim ki kitab bir çox şeydən bəhs edir; irqçilik, depressiya, qəzəb, yarım qalmış xəyallar, xəyanət və cinsiyyətçilik. Bütün kitabın Lidiya və onun necə öldüyü haqqında olması əvəzinə, Celeste Ng onun ölümündən bu ailədə baş verən bir çox psixoloji problemləri təsvir etmək üçün istifadə edib. Müəllif bizim üçün yavaş-yavaş ailənin tarixini açır və Lidiyanın ölümünə səbəb olan hadisələri, o cümlədən valideynlərin necə böyüdüklərini, onların qərarlarına onların tərbiyəsinin necə təsir etdiyini və bunun da öz övladlarını böyütmə tərzinə necə təsir etdiyini izah edir. Depressiv və kədərli idi… Bu mövzuda oxudum ən gözəl kitablardan biri idi. Bu cür qarışıq ailə məsələləri, onların arxasında duran dramlar haqqında kitab sevənlərə ciddi şəkildə tövsiyyə edəcəyim bir kitabdır. Və xüsusilə emosiyallarla dolu thriller kitablardan zövq alanlar üçün. Xoşş mütaliələr.
Sənə deyəsi o qədər sözüm var ki…
Sənə deyəsi o qədər sözüm var ki…Celeste Ng · Fabula Kitab · 20211,189 okunma
352 syf.
8/10 puan verdi
Toni Morrison müasir afro-amerikalılar arasında ən çox tanınan, 1933-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı, "Sevimli qadın" əsəri üzrə (Beloved, 1987) Pulitser mükafatı almış istedadlı yazıçıdır. Morrison cəmiyyətdə irqçiliyin inkişafı və onun insan taleyinə təsirini araşdırmaqdan usanmayan qələm ustasıdır. Köləlik mövzusu romanlarında
Sevilen
SevilenToni Morrison · Sel Yayınevi · 20231,444 okunma