Vermədi aşiqinə dəyər, o yar zalimdi,
Ölümün mələyi gəlib aldı, məzar zalimdi.
"Sanki bir qatardı bu fani həyat" söylərlər;
Hamı bir sərnişindi, gedir qatar zalimdi.
Bir vaxtı yaz fəsli, tərk eliyib cananım,
Bu səbəbdən də mənimçün o bahar zalimdi...
Qara zülfün o yarin boyamışdır bəmbəyaza,
Sevirəm siyah teli, səmada qar zalimdi.
Dünyanın adı məhbəs, dəyişmisən dünyavi,
Səninlə ayrı salır, bu dört divar zalimdi...
Eşqimiz ölüb gedib, günah eşqin özündədi,
Çünki vaxtsız eliyibdir intihar, zalimdi.
Məhəbbətin ra'hi uzun tükənməzdi əslində,
Kim əgər bu yola qədəm qoysa, azar, zalimdi..
Bimardı məcnuntək, eşqidə yoxdur çarə,
Çox verir aşiqinə dərdi-qubar zalimdi....
@qeribkheyal