İnsanın içi ağrıyanda o başqalarını incidər. Bunu özümdlən bilirəm. ÖzÜmü diqqətlə müşahidə edərək anladım. Əgər mən qəddar olmuşamsa və kimisə incitmişəmsə bu yalnız hardasa içimdə dərinlərdə əziyyət çəkdiyimə görə olub. Zaman o qədər tez keçir k i... bilmirəm tək məndə belədi, ya digərləri də bu hissi keçirir Amma zaman o qədər sürətlə irəliləyir ki, sanki heç yaşamıram. Necə ki bəzən hər hansısa xatirələr xəyalında canlanır, ötəri xatırlayırsan, bax beləcə ötüb keçir günlər. Yaşamağa vaxt tapa bilmirəm sanki, yaşaya bilmirəm. Suallar, düşüncələr ardınca addımlamaqdan, öz həyat yolumda addımlamağı unutmuşam sanki. Nə kədər olsun, nə xoşbəxtlik. Sadəcə zamanım dayansın istəyirəm, rahatca nəfəs ala bilim.yaşaya bilim.tələsmədən düşünə bilim.bu günüm heç bitməsin. Bu yaşım heç bitməsin. Axşam olsun, amma günəş növbəti günÜ deyil, yenidən bu günü aydınlatsin.