112 syf.
7/10 puan verdi
·
Read in 1 hours
Stefan Zweig "Bir qadının həyatında iyirmi dörd saat". Novellanın baş qəhrəmanı qırx iki yaşlı bir qadın olsa da publist Missis K-nın obrazı ilə bütün qadınların daxili aləmini ifadə etmişdir. Qadınlar hər nə qədər adi, kövrək və zəif xarakterli sima bəxş etsələr belə onların daxilində cəsarət daim mövcuddur. Bu hissi isə az bir qism qadın gün üzünə çıxardıb yoluna davam etməyə nail ola bilir. Əlbəttə, bu cəsarət hər zaman xoşbəxtlik verəcək deyil, elə Misssis K-da yaşadığı hadisədən iyirmi ildən çox vaxt ötməsinə baxmayaraq, o, həmin hadisəni heç kimə danışa bilmirdi, ancaq bir gün izdirablarını dilə gətirərək, utancına və vicdan əzabına son qoymağa nail olur. Yaşadığı xəta özünü inkişaf etdirmək yolunda ona ən dəyərli dərs olur. İnsan da bu cürdür xəta etməlidir ki, özünü tam şəkildə inkişaf etdirə bilsin.
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0128.2k okunma
825 syf.
·
Not rated
·
Read in 29 days
Depresiya səbəbi Dostoyevski...
Bir aya yaxıdır ki, oxuyub bitirə bilmirdim bu kitabı. Sonunda bitti. Möhtəşəm əsərdir... Buna heç nə demirəm. Amma daşürək olduğumu anladım. Kirabı oxuyarkən gözüm yaşarmadı belə. Nəyə ağlayım? İmkansiz sevgi ilə məhv olan Vanyamı? Dəli aşiq Nataşayamı? Bunu da qeyd edim ki, Nataşaya nə əsəbləşdim, nə də yazığım gəldi. Onun Alyoşaya duyduğu sevgi asıllıq idi ki, sonda ayıldı. Belə insanlar, adətən qadınlar olur, hər şeyə göz yumur ki, təki tək qalmasın Ən gözəl,həqiqu sevgi və daha dəqiq EŞQ Vanyanın idi. Tam da eşq budur... Sehv etmiremse 50 il evvelin eseridi.. Hele o dovrde Alyoşa kimi manipulyatorlar var imiş deməli. Bəlkə özü də bilmədən bu cür rəftar edirdi. Amma o Nataşanı heç sevmirdi. Formalaşmamış bir kişiliyi var idi ki,bu da sonluqda özünü əks etdirdi. Nataşaya heç əsəb olmadım. Əksinə anladım onu. Mən özümü divanə sanırdım. Amma onu görəndə dedim ki, yox, mənim düşüncəm yerindədi çox şükür. Olmayacağını bildiyin bir şey üçün savaşmağın bir önəmi yoxdur. Bir dəki insanlar dəyişmir. Dəyişən şəraitdi... Knyaz dəli etdi məni. Onun Vanya ilə söhbəti, Nataşanın atasını, özünü alçaltması... Yazılacaq çox şey , müzakirə ediləcək çox müans var.... Ən çox Vanyanı sevdim Ən çox acıdığım Nelli oldu.
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201918.8k okunma
Reklam
O, gözlərini məndən ayırmadan qulaq asırdı, elə bil, mənim ürəyimdən keçənlərin hamısını gözümdən oxumaq istəyirdi.
Sayfa 128Kitabı okudu
This text has been automatically translated from Azerbaijani. Show Original
You know, there is nothing better than love in this world.
Bizim qadınlarımızın əksəriyyəti bədbəxtdirlər. Əslində, elə kişilərimiz də... Ancaq qadınlar daha betərdirlər. Özlərini fəda etməkdən həzz alırlar sanki. Yenə anaya, övlada fəda olmağı anlaya bilirəm, lakin bir qadının öz həyatını ona düşmənçilikdən başqa bir şey etməmiş yad bir kişiyə fəda etməsini heç cür anlaya bilmirəm. Axı bu həyat hər bir insana yalnız bir dəfə verilir.
Sayfa 184 - NiyaziKitabı okudu
Qadınlar özlərinə belə etiraf etmək istəmədikləri şeylərin cavablarını çox yaxşı bilir.
Sayfa 274Kitabı okudu
Reklam
Geri199
1,000 öğeden 991 ile 1,000 arasındakiler gösteriliyor.