Galib Abbas

Reklam
10/10
·512 syf.·
2026 11. kitabı
Mənə görə İsmayıl Şıxlının "Dəli Kür" romanı sadəcə bir kitab deyil, hadisələrin cərəyan etdiyi dövrün ruhudur. Əsəri oxuyanda insanı ən çox sarsıdan məqam oradakı insanların taleyi və sarsılmaz xarakterləridir. Müəllif bizə elə bir mühit təsvir edir ki, burada yaşamaq özü bir qəhrəmanlıqdır. Həmçinin oxucu özünü bir anda o dövrün havasında, Kürün sahilində, hadisələrin tam ortasında hiss edir. Obrazlarla çiyin-çiyinə addımladıqca insan istər-istəməz daxilində bir sualla baş-başa qalır: "Görəsən, mən həmin dövrdə yaşasaydım, o ağır şərtlər və qaydalar qarşısında nə edərdim, necə davranardım?" Əsərdə insanların məişəti, gündəlik qayğıları çox ağır və məşəqqətli təsvir olunub. Amma bu çətinliklər onları sındırmır, əksinə, daha da bütövləşdirir. Məni ən çox təsirləndirən odur ki, bu insanlar ac qalsalar da, təhlükə ilə üz-üzə gəlsələr də, öz inandıqları dəyərlərdən, adət-ənənələrindən və qürurlarından əsla keçmirlər. Onlar üçün "söz" və "ləyaqət" hər şeydən ucadır. Cahandar ağa kimi obrazların timsalında görürük ki, insan daxilən nə qədər güclü ola bilər. Dünya dəyişir, yeni qaydalar gəlir, amma onlar öz köklərinə elə sıx bağlıdırlar ki, bu yolda ölümü belə adi qarşılayırlar. Bu inadkarlıq bəzən faciəyə səbəb olsa da, oxucuda böyük bir hörmət oyadır. "Dəli Kür" mənə onu öyrətdi ki, insanı insan edən onun daxili prinsipləridir; o prinsiplər ki, ən çətin anlarda belə onlardan dönmək mümkün deyil. Dəli Kür İsmayıl Şıxlı
Dəli Kürİsmayıl Şıxlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20141,110 okunma
Qoca kişi gəminin dal tərəfinə keçdi. Yenicə tikib qurtardığı çarığı cütləyib götürdü. Osmana yaxınlaşdı: - Al, bala, geyin. Osman əmisinin əlindəki çarığa baxdı. Onun gözlərində sevinc və təəccüb bir-birinə qarışdı. Ancaq başını bulayıb geri çəkildi: - Lazım deyil, əmi, çox sağ ol.
Sahaflık, ölülerin kitaplarını ölecek olanlara satmaktır...