Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
256 syf.
7/10 puan verdi
·
29 saatte okudu
Gözləntimin çox aşağısında.
Qaraqan
Qaraqan
mənim üçün daim sirrli, öz həyat fəlsəfəsi olduğunu düşündüyüm bir insan və yazıçı olub. H.O.S.T. - un treklərində olan mesajlar və yanaşmalar, eyni zamanda öz trekləri bu düşüncə zəminini hazırlayıb.
Art və Xaos
Art və Xaos
kitabı yazıçı Qaraqan ilə ilk tanışlıq idi və o fərqli bir üslub idi ,
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım Olsaydı
kitabı yəni də pis deyil deyərdim. Lakin bu kitab
Evakuasiya
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 20241,129 okunma
586 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Təhlilimi uzun uzadı yazmayacam.Çooox maraqlı idi, ümumiyyətlə Qaraqanın düşüncələri həmişə belə olub, musiqilərində də bilinir. Obraz olaraq Danieli çooox sevdim, Daniel obrazını çox möhtəşəm yaratmışdı. Kitabda olanların niyə belə olduğu səbəbi çox qarışıq idi beynim də, taa kii, 289-290-cı səhifəyə gəlincə, bu səhifələri oxuyanda dedim woowwww, sözün əsl mənasında Wooowww. Kitab haqda başqa nəsə yazmaq istəmirəm, Qaraqanın düşüncələri mənə çox doğmadır, insanda doğma olanı özəl hesab edib onu paylaşmaq istəmir axı:)
Şeytanın Kitabı
Şeytanın KitabıQaraqan · 2020534 okunma
Reklam
235 syf.
10/10 puan verdi
·
21 günde okudu
Kitabı maraqla oxudum. Qaraqanin düşüncə tərzi və onu kitabda çatdırmağı xoşuma gəldi. Deyirlər ki fəlsəfi fikirlər yazır amma kitab sadə qalır. Yəni bunu biz başa düşürüksə niyə qəliz olsun ki qoy elə sadə olsun bizde sadə oxuyaq daha yaxşı başa düşək. Kitab maraqli idi sonluğa doğru maraq daha da artırdı. O yerini biraz bəyənmədim ki sonda bütün baş verənlərin nə olduğunu tam bilmədik. Bəlkə də belə lazımdır amma yenə də birazda açıq olsa daha yaxşı olardi deyə fikirləşirəm. Kitabda xoşuma gələn hissələrdən biri Valideynlər haqqında olan hissə idi. Oxusaz sizə də maraqlı gələcəyinə inanıram. Məncə kitabdakı fikirləri tam dərk edib və sonluğu öz aləmimizdə tamamlamaq çətin məsələdir. Mən etməyə çalışıram. Sizə xoş mütaliələr.
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,593 okunma
235 syf.
6/10 puan verdi
·
10 günde okudu
Evakuasiyanı 6-7 il öncə oxumuşdum, bədii kitablarla ilk tanışlığım ərəfəsinə təvafüq etmişdi. Bəyənmişdim, mənə ideal bir kitab kimi gəlmişdi. Uşaq düşüncəsi... İndi illər sonra Qaraqan oxudum və çox ibtidai gəldi. Həm cümlələr... Həm hekayə... Təsdiqlədiyim və yersiz qəbul etdiyim fikirlər var idi. Hekayə özünü oxutdurur, filmi də çəkilsə yaxşı alınar. Amma məncə məktəblilər oxumasın, çünki beyinlərini yuya bilər, savadsızlıq yolunu tutaraq, qanunsuzluğa meyil edərlər. Dünyanı, cəmiyyəti dəyişməyin yolu bu deyil. Əsər bir yerdə plagiat hissi yaratdı. Köhnə və müasir kitbaların, filmlərin mövzudur çünki. İllər öncə bəyəndim Evakuasiyanı, amma A romanında cümlələrin, düşüncələrin şablon və sadəliyini hiss etdim. Son olaraq ümumi nəticədə bəyənmədim. Sadəcə axıcılığa və süjet xəttinə görə 6 verdim.
A
A
Qaraqan
Qaraqan
1000Kitap
1000Kitap
kütüphanecileri sizden ricam, bu kitabın 2024 baskısını uygulamaya eklemeniz. Teşekkürler.
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,593 okunma
376 syf.
·
Puan vermedi
·
14 günde okudu
Art və Xaos
Art və Xaos
“Mentalitet Nazirliyi isə xəbərdarlıq edir: Eydenlə Xloe arasında olan hisslər “Nə deyərlər”inizin sağlamlığına ziyandır”. Mənim aləmimdə “pis kitab” anlayışı yoxdu, sadəcə dünyagörüşünə, baxışına, maraq dairəsinə və s. uyğun olmayan kitab ola bilər. Hər fərd fərqli “kitab zövqünə” malik olduğu üçün yanaşmalar da fərqli ola bilər təbii ki. Bu kitaba gəlincə, zəhmətinə dəyər verirəm, müəllifin dünyagörüşünə şübhə etmirəm, ancaq mənim oxuyucu dairəmə uyğun olmadığını düşünürəm, həddən artıq çox cinsəl münasibətlərə yer verilib və bu münasibətləri ədəbi dilə salaraq oxuyuculara çatdırır. Əsərdə adı çəkilməsə də, Azərbaycandan olduğu güman edilən Aydın (Eyden kimi keçir) adlı bir musiqiçinin ABŞ-a köçməsi və qəribə hostelə düşməsi ilə hadisələr başlayır. Hosteldə olan hər şey doğrudan uzaqdır: hadisələr, münasibətlər, hətta insanlar da. Eyden burda Xloe ilə tanış olur və ona xüsusi hisslər olduğunu düşünür. Ancaq “oyun” bitdikdən sonra onu itirir. Tapmaq üçün çox çalışsa da, sonda nəticəsiz qalır. Eyniadlı albom buraxmasıyla, “Xloe” ortaya çıxır. Ta ki kiçik bir kafedə əsl “Xloe”nu görənə kimi. Əsərin sonluğu naməlumdu, ola bilsin ki oxucunun ixtiyarına buraxılıb. Çox ciddi mesajlar verdiyini düşünmürəm, tövsiyyə edə biləcəyim kitablar siyahısına əlavə etmirəm. 20 və daha aşağı yaş qruplarına isə ümumiyyətlə oxumağı tövsiyyə etmirəm.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019658 okunma
132 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Hər kəs Qaraqanı dinləyə bilər, kitablarını da oxuya bilər. Amma hamı onun əslində nə oxuduğunu, nə demək istədiyini başa düşə bilməz. Qaraqan'dan oxuduğum ilk əsər idi. Kəsinliklə davamı gələcəkdir. Bu əsər axıcı olduğu üçün tez oxumaq olur. Bəs başa düşmək necə? baxın orası çətin məsələdir. Əgər Qaraqan haqqında bir profil beyində
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,548 okunma
Reklam
586 syf.
8/10 puan verdi
·
Beğendi
(Spoiler)başdan deyimki kitab dindar olanlar üçün biraz qıcığlandırıcı ola bilər.Ancaq kitabı oxuyarkən tələsməyin ,sakit dəvam edin, sona qədər oxuyun. Kitabda tanrının varlığı hər yolnan təkzib edilib sonda isə bir neçə cümlə ilə təsdiqlənib.Həqiqətən sonda məni təəccübləndirə bildi .Klasik pis adam, dünyanı xilas edən qəhraman sisteminən çıxıb ,sonda sizi bambaşqa yerlərə sürükləyir.Mən özüm dinən uzaq biriyəm .Ateist deyiləm ancaq, hər hansı bir dinədə inanmıram. Kitabın mənə əsas sorğulatdığı şey azad iradə həqiqətəndə bizi cəhənnəmə sürükləyir (hər nəqədər azad iradə deyə birşey olmasada)?Din üzərinə çox düşünməyən biri olaraq məni bu barədə düşünməyə məcbur etdi.Kitabda bəyənmədiyim tərəf isə qaraqanın bütün kitablarında olduğu kimi burdada qəribə bir soyuqluq issetdim.Cümlələr çox düz tamamilə əsas məsələyə yönəldilmiş öz içində isə heçbir dərinliyi olmayan cümlələr idi.bunan başqa kitabı bəyəndim
Şeytanın Kitabı
Şeytanın KitabıQaraqan · 2020534 okunma
325 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.