Leila Aliyeva

Leila Aliyeva
@realeilaliyeva
41 okur puanı
Aralık 2021 tarihinde katıldı
Darıxıram ilk yazdıqlarım üçün. Kaş geri qaytara bilsəydim onları. Üzünə əsən sərin mehdə xoşbəxtçilik tapan o qızı. Qaytara bilsəydim, o ilk şəkilləri. Geridə qalan o illəri. İnsan keçmişi və ya keçmişdəki insanlar üçün darıxmır. Əvvəlki özü üçün darıxır, onunla söhbət etmək istəyir. İndiki maskalarını kənara qoyub keçmişdə onun əslini tanıyan
Reklam
İnsan yeganə varlıqdır ki, zamanla evrimləşib təkamül səviyyəsini yüksəltmək yerinə, gün keçdikcə geriləyir. Araşdırdıqca öyrənmək yerinə, ilk rast gəldiyi məlumatı doğru hesab edir. Özünün belə dolğun informasiya sahibi olmadığı mətləbləri başqalarına təbliğ etmək xülyasına düşür. Beləliklə, doğru bilinən yalnışlar zincir olub ayağımıza dolanır. İnsan var ki, o insan… Öyrənmək üçün yaşamaqdansa, yaşamaq üçün öyrənir. Kəşf etmək yerinə, oturub kəşf edilməyi gözləyir. Oysa ki, nə yazıq… Yaşam eşqi ilə dolub yaşamaq nədir bilməyənlərə.
Sonu bir heç isə yaranmışların, Mənası nə imiş yaranışların? Olmamış kimidir o, ancaq hərdən Küy salır ki, olub o, həqiqətən. Mən isə, bunları heç sayıb bütün, Əbədi boşluğu tuturam üstün! Keçmişdə son nəfəsdə çıxardı ruh bədəndən, İndi öz murdar mənzilindən ayrılmaq istəmir.

Okur Takip Önerileri

Tümünü Gör
İşıqlı dünyanı tərk etdinsə də, tərk etməz şəfəqin nuru qəlbi. Taleyin arzularıntək həşəmətli, ruhun nəcib, nəğmələrin əzəmətliydi fərəhli gündə də, qəmli gündə də. Gəlmişdin dünyaya səadətçün, susdu xoş ilhamlı ömrün səsi. Susdusa da, səslər, duyulur uzaqlardan xəyalların ilıq nəfəsi. Öz gəncliyini özü məhv edən üçün boşdur lazımsız şeylər. Hanı o səndəki könül riqqəti, hanı o məğrur baxışlar, hanı o xoş sözlər? İstedadı cilovlamaq mümkün, ram etmək imkansız. Haradadır, sirri sənə məlum sözlər, qıfılı açılmamış kəlmələr? Yoxmu imdadına çatan, yar? Can atdım, qədərin qurduğu hər tora. Nifrət duydum, qərinələrin hökmünə. Cəsarətin gücü ilə fırtınalar qarşısında əyilmədin. Kim müvəffəq ola biləcək? Yenə taleyim susur, qatı dumanlar içində… Qəm-kədərin əydiyi bükük boyunlar qalxarmı heç? Danışan vicdan susar da, susmağa öyrənmiş vicdan səsi danışarmı heç? Xoşbəxtlik şansını itirmiş bir ömür, yaşanmağa dəyərmi heç?
Yuxu tutmayan bütün gecələrin acığına, dərin bir yuxuya dalasan. Elə bir dərin yuxu ki, nə gələcəyin narahatlığı qaçırsın yuxunu, nə keçmişin yarıtanış xülyası. Elə dərin yatasan ki, heç bir dərdin gücü çatmasın sübhdən öncə oyadıb ağlatmağa. Yuxu deyirəm, elə dərin ola ki, fani həyatda gözlədiklərin gəldimi deyə oyanıb yoxlamayasan. Yuxu deyirəm,
Reklam
Reklam
393 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.