📍İki gün "wifi"-siz qaldığım zaman fürsətdən istifadə edib oxumağı ertələdiyim 3 kitab oxudum😍
Sıra ilə hər biri haqqında öz fikirlərimi paylaşacam ilk kitab Anton Çexovun mini klassika kateqoriyasında olan "Üç kız kardeş" kitabı idi
Əsər 20-ci əsrin əvvəllərində Rusiyadakı ziyalı təbəqəsinin süqutunu, həyatın mənasını axtarışını, məğlubiyyət və ümidsizliyi təsvir edir. Çexovun dramaturgiyası üçün xarakterik olan "sözlərlə hərəkət etməmək", yəni personajların danışdıqları ilə etdikləri arasındakı ziddiyyət burada da özünü göstərir.
Əsərin əsas münaqişəsi xarici hadisələrdə deyil, personajların daxili vəziyyətlərində, arzu və reallıq arasındakı ziddiyyətdədir. Bacıların və ətrafdakı ziyalıların arzuları, ümidləri və işləməyə cəhd etmələri əyalət həyatının monotonluğu və xırda mənfəətpərəstlik tərəfindən məhv edilir.
Sonda elə kitabın özündən bir replika ilə bitirmək istəyirəm
"Əslində hər şeyin mənasız olduğunu anlasan da yaşamaq gözəl bir şey deyilmi?"
Hə, bir də bütün böyük şəhərlər haqqında deyilə biləcək bir cümlə də keçir kitabda, Andrey deyir "Moskvada bir restoranda böyük bir otaqda otursan da heç kimi tanımazsan kimsə də səni tanımaz amma yenə də özünü yad hiss etməzsən... Burda isə hər kəsi tanıyırsan, hər kəs tərəfindən tanınırsan amma yenə də bir yadsandır, yad.. Həm yad həmdə yalnız"
İnsanların axınla böyük şəhərlərə, Bakıya, xaricə maraq salmasının ən əsas səbəbi elə məhs Andreyin dedikləridir məncə... 🫠