Sonra isə mənə sənin haqqında danışdılar və mən hər şeyi yenidən xatırladım. Onda başa düşdüm ki, mən heç nəyi unutmamışdım, sadəcə, özümü unutmuş kimi göstərmişdim.
Əgər nə vaxtsa bir insana rast gəlsən və sənə elə gəlsə ki, o, sənə və başqalarına oxşamır...aramıza gözqamaşdırıcı ulduz kimi gələn nadir insanlardan biri...çalış unutmayasan ki, bu cür insanları tanımaq– xoşbəxtlik, sevmək isə təhlükəlidir.
— Yəni, siz bilmirsiniz ki, məni öldürmək olmur? Sümüklərimi sındırmaqla da olmur – bunu artıq sınaqdan keçiriblər. Nə də ürəyimi sındırmaqla. Eh, yox, məni öldürmək mümkün deyil – mən həmişə sağ qalıram.