"Öz bilincini daha üst seviyelere çıkarmak için çaba gösteren her bir kişi, aynı zamanda bir bütün olarak tüm insanlığın bilinç seviyesinin artmasına yardım ediyor".
Üç bölmədən ibarət olan kitab elə ilk cümlələrdən insanı öz hekayəsinə cəlb etdirir. Mistik bir qorxu janrlı filmə baxmaqla eyni təsiri hiss etmək olur. Bu axıcılığı çox az kitabda duyursan. Deyəsən, yazar onunla eyni dövrü bölüşən oxucuları - diqqət müddəti az qala yarım saniyəyə enmiş bizlərin nəbzini tutaraq empatik bir yanaşma edib.
Yonghe gördüyü travmatik yuxular səbəbilə qəfildən ət və ət məhsullarından birdəfəlik diksinir. Bu məşəqqətli proses də kitabda onun yox, məhz ətrafındakı yaxın şəxslər tərəfindən canlandırılır. Yonghenin gözündən sadəcə yuxularının qəsvətli havasına tamaşa edə bilirik. Bəlkə elə buna görədir ki, kitabı bitirdikdən sonra bu qədər geniş təsvirlə bərabər bir yarımçıqlıq duymaq olur. Amma yəqin ki, oxucuda qərarsızlıq və şübhə yaratmaq da elə buna görədir.
VegetarianHan Kang · Qanun Nəşriyyatı · 20199,8bin okunma