Təslim olurdum. Ürəyimdəki səsə qulaq asmasaydım bəlkə də indiyə çoxdan ağ bayraq qaldırmışdım. O səs:
"Ölməyəcəm. Təslim olmamalıyam", - deyirdi. "Bu kabusdan canımı qurtaracam. Nə qədər böyük olursa olsun, maneələri aşacağam. İndiyə qədər möcüzəvi şəkildə həyatda qaldımsa, bu möcüzəni həyatımın bir parçasına çevirəcəyəm. Hər gün başıma heyrətli işlər gələcək, amma əlimdən nə gəlirsə edəcəm. Bəli, Tanrı yanımda olduqca ölməyəcəm. Amin."