İncələməsini indi yazsam da əsəri uzun müddət öncə oxumuşdum. Əsər təsadüfən əlimə keçmişdi və təxminən 4-5 il ertələdim hu əsəri. (İncələməsini də 2 il ertələyən adamam) [Mən ümumiyyətlə ertələyiciyəm]
Əsərin filmini yəqin ki, əksəriyyəti izləyib. Mən isə oxuduqdan sonra izlədim. Və bu ardıcıllığı tövsiyə edərdim.
Əsərdə Pi adlı gənc oğlanın başına gələnlərdən bəhs edilir. Lakin burada yazar öz anlamlı fikir və düşüncələrini də qatmaqla əsəri daha da oxunaqlı və faydalı edib.
Təkrar oxumağa dəyər bir əsərdi. Hətta dəfələrlə. Lakin 2-3 il ara ilə, nələrsə yaşayıb sonra oxumaq daha gözəl effekt verər.
Əsərin ümumi aşılamağa çalışdığı fikir yenə də ümidlərlə bağlıdır. Ən ekstremal vəziyyətlərdə, ən ümidsiz halda belə insan ümidlə yaşamalıdır.