Şövkət Mamedoffa

416 syf.
10/10 puan verdi
İlk 100 səhifəsini demək olar ki, əsəb keçirərək oxudum. Geri qalan bölümlərdə bütün duyğuları yaşadım. Ən sonda isə kitabı göz yaşları içində bitirdim. Geri düşüncəli bir cəmiyyətdə qız olaraq doğulmaq və yaşamaq o qədər çox çətindir ki... Və bu kitabda da belə bir cəmiyyətdə dünyaya gələn bir qızın həyatından bəhs edilir. Adı kimi məsum olan ama özü çox güclü bir qadın olan Məsumə obrazını inanmıram ki bir daha yaddaşımdan çıxarda bilim... Kitab olduqca axıcıdır. Oxumağı hər kəsə tövsiyə edirəm. •Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan keçməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxalifətçinin anası kimi tanıyırdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırdılar, gah yerə çırpdılar. Bunların heç biri mənim öz payım deyildi. Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,558 okunma
Reklam
96 syf.
10/10 puan verdi
Yazar
Haris El Muhasibi
Haris El Muhasibi
kitabda ölümdən sonrakı yaşam haqqında (ölüm anı, qəbirdə yaşanacaqlar, diriliş, hesab günü, sirat köprüsü, cənnət və cəhənnəm) bəhs edir. Detaylar o qədər möhtəşəm idi ki... Cənnətin təsvirindən bəhs edərkən ki hurilər bölümü mənə heç xoş təsir etmədi. Sanki cənnət yalnız kişilərə aidmiş hissi yaratdı. Allah ilə qarşılaşma anı və gözümüzdəki pərdənin qaldırılması bölümü isə çox möhtəşəm idi. Onlardan biri olmaq diləyi ilə...
Farzet ki Öldün
Farzet ki ÖldünHaris El Muhasibi · Polen Yayınları · 2006731 okunma
312 syf.
10/10 puan verdi
Elxan Elatlı
Elxan Elatlı
'nın 13cü kitabını da oxuyub bitirdim. Və hər dəfəsində yazarın ağlına, fikirlərinə, dünya görüşünə, zəngin biliyinə biraz daha heyran qalıram. Romanda xəyanətlə üzləşmiş insanların acınacaqlı taleyindən bəhs olunur. Xəyanətin də bir cinayət olduğundan bəhs ettiyi hissə həqiqətən çox xoşuma gəldi: “Bəli, cinayət!.. Birinin qəlbini məqsədli şəkildə ələ almaq onun ruhunu almaq demək idi. Əgər birinin ruhunu alıb öz ruhuna qatmayacaqsansa, onu havaya buraxıb gedəcəksənsə, bu həmin insanı öldürmək anlamına gəlmirdimi? Və dünyanın hər yerində insanı qəsdən öldürmək cinayət hesab edilmirdimi?.. ” Sonda isə yazar qatilin kim olduğunu oxucunun diqqətinə və təxəyyülünə buraxır. Bu mənim üçün gözlənilməz və mükəmməl bir son oldu. Tək kəlimə ilə möhtəşəm!
Məhəbbətin Gizli Kodu
Məhəbbətin Gizli KoduElxan Elatlı · Teas Press · 2016439 okunma