Kitaba ilk başladığımda gözlədiyim kimi marağlı olmadığını düşündüm, davam edib etməmək kimi fikirlərim oldu. Amma yaxşı ki davam etdim. Çox təsirli bir hekayə idi. Ailənin, sevginin insan həyatı üçün nə qədər önəmli olduğu çox aydın bir şəkildə əks olunub. Uşaq dünyasının necə rəngarəng, xəyallarla, ümidlərlə, arzularla zəngin olduğunu görmək olur kitabda.