O getdi.. Aramızda olan bütün yaxşı şeyləri unudub yadında təkcə inciklik, küsünü saxlayıb getdi. Axı mən neyləyəydim ki, onun haqqında çox şeyi bilirdim. O bildiklərimi unutmaq üçün, o yükü üstümdən atmaq üçün mənə vaxt lazım idi..
“Hayvanların bencillikten uzak ve özverili sevgileri, insan denen varlığın değersiz dostluğunu ve pamuk ipliğine bağlı sadakatini tecrübe etmiş kişinin kalbine işler.”
- bilmirəm, Villi, artıq mən heçnə bilmirəm. Heç nə düşünmək belə istəmirəm, hamıya etimadım itib. Özümü tamam tənha hiss edirəm. Mən heç bir zaman belə çıxılmaz vəziyyətə düşməmişdim...