Müşfiq indi aramızda yoxdur. O, ömrünün çiçəklənməyə başlayan bir çağında bizim aramızdan getdi. Lakin adı ürəyimizdə yaşayır. M.Müşfiqin əsərləri bütün varlığı ilə sevdiyi qəhrəman xalq üçün qalmışdır.
Müşfiq tez-tez deyirdi:
- Yaxın vaxtlarda hər şeyimiz olacaqdır. Dilbər, kasıb oğlan idim. Sənin şeir vurğunu olduğunu görüb səni şeirimlə aldadıb aldım.
Mən gülümsünüb dedim:
- Var, dövlət müvəqqəti olduğu halda sənin adın, sənətin əbədidir. Mən səninlə fəxr edirəm.
Müşfiq bu dəfə nəsrlə cavab verdi. Nizamidən misal çəkdi:
- Hər şey incəliyindən sınsa da, insan qalınlığından sınar. Mən öz məhəbbətimin qulu olmağımla fəxr edirəm - dedi.