Burada iki cür ziyandan söz açmaq olar. Bunlardan birincisi, bu əxlaq qadağalarının kökünün çox əski çağlara gedib çıxması ilə bağlıdır, onların yarandığı toplumların sosial-siyasi quruluşu, bizim indiki toplumun quruluşundan büsbütün seçilib ayrılırdı, ancaq bu günümüzə gəlib çıxmış əxlaq qadağaları indi bugünkü gerçəkliyə uyğun gəlmir.