Bu gün vəziyyət elə yerə gəlib çıxıb ki, bəzi insanlara "Sən insansan, gecə yatıb səhər pişik, ağac və ya meymun olaraq oyanmaq ehtimalın yoxdur" deməyə məcbur qalırsan. Bu dövr ağlın yox olduğu, məntiqin isə tapdandığı bir dövrdür. İnsan öz kimliyini unutduqda, varlığına şübhə etdikdə, düşüncənin hüdudları silinir. "Mən varam, amma yoxam" deyən bir kəs, əslində insan zehninin uçuruma doğru yuvarlandığını açıq aydın şəkildə göstərir. Belə bir düşüncə tərzinin formalaşması məntiqin tamamilə tənəzzülə uğraması deməkdir.