Sadig Mammadov

Sadig Mammadov
@sadigmammadov
Cadastral engineer
Azerbaijan Architecture and Construction University
15 August
19 reader point
Joined on April 2022
- Çox bilsən, tez qocalarsan.
Sayfa 126 - Qanun NəşriyyatıKitabı okuyor
Reklam
Bir də, məgər adam qəlbində «baş verən» şeyləri həmişə danışa bilərmi?
Sayfa 121 - Qanun NəşriyyatıKitabı okuyor
xatirə çoxdur, amma yada salınmalı bir şey yoxdur. İrəlidə, qarşımda isə uzun, çox uzun bir yol var, məqsəd isə yoxdur... Buna görə də yerimək, irəli getmək istəmirəm.
Sayfa 115 - Qanun NəşriyyatıKitabı okuyor

Reader Follow Recommendations

See All
Yox, bədbəxtliyimin səbəbi budur ki... mənim yaşamağa arzu və həvəsim yoxdur.
Sayfa 114 - Qanun NəşriyyatıKitabı okuyor
%71 (175/244)
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev
8.1/10 · 44.7k reads
Reklam
104 syf.
·
Not rated
·
Read in 5 hours
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski
7.8/10 · 74.4k reads
Tam bir xoşbəxtlik dəqiqəsi! Məgər bu bircə dəqiqə, bütün bir insan ömrü üçün olsa belə, azdırmı?!
Sayfa 103 - Qanun NəşriyyatıKitabı okudu
— Biz indi həmişə bir yerdəyik, doğru demirəmmi? Ah, Nastenka, Nastenka! İndi sən mənim necə yalqız olduğumu bilsəydin!
Sayfa 80 - Qanun NəşriyyatıKitabı okudu
Nə üçün yaxşı bir adam belə, həmişə başqalarından nə isə gizlədir, ürəyini açmır? Nə üçün sən, hər danışdığın sözün təsirsiz qalmayacağını bildiyin halda, ürəyindəkiləri lap bu dəqiqə açıq-açığına, aşkar deməyəsən? Yoxsa hər kəs özünü elə göstərir ki, guya o, əslində olduğundan daha sərtdir, ele bil hər kəs, ürəyindəkini tez desə, hisslərinin təhqir ediləcəyindən qorxub susur...
Sayfa 78 - Qanun NəşriyyatıKitabı okudu
Ah, bəzən bir adamın xoşbəxtliyi başqa birisinə necə də ağır təsir eləyərmiş!
Sayfa 73 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
Doğrudan da, sevinc və səadət insanı nə qədər gözəlləşdirir!
Sayfa 70 - Qanun NəşriyyatıKitabı okudu
Biz indi həmişə bir yerdə olacağıq; başıma nə hadisə gəlsə də, sizdən ayrılmayacağam.
Sayfa 48 - Qanun NəşriyyatıKitabı okudu
Tək qalmaq, başa düşürsünüzmü, tamamilə tək qalmaq, hər şeydən, hətta ən kiçik arzulardan belə məhrum olmaq, hər şeydən, hər şeydən ümidini üzmək doğrudan da dəhşətdir! Çünki, onsuz da, itirdiklərimin hamısı əslində mənasızlıqdan, axmaqlıqdan, bir sözlə, ancaq boş bir xəyaldan başqa bir şey deyildir!
Sayfa 48 - Qanun NəşriyyatıKitabı okudu
"İllər necə də sürətlə gəlib-keçir!" Yenə də özündən soruşursan:"Axı, nə elədin ki, bu uzun illər belə tez ötüb keçdi? Ömrünün ən yaxşı günlərini harada məzara gömdün? Sən yaşayırdın, ya yox?" “Bax, yaxşı bax, - deyə özünə xəbərdarlıq edirsən, - həyat getdikcə sönüb gedir! Bir neçə il də keçəndən sonra tamamilə tək qalacaqsan, sonra əli əsalı, taqətsiz qocalıq, onun dalınca da sıxıntı və məyusluq gələcək. Sənin xəyal aləmin sönükləşəcək, arzuların isə öz təravətini itirib, xəzan vurmuş yarpaq kimi yerə səpələnəcək...”
Sayfa 48 - Qanun NəşriyyatıKitabı okudu
Lakin bununla bərabər, insanın qəlbi nə isə daha yeni bir həsrətlə döyünür və xəyalpərəst öz köhnə arzularını soyumuş kül kimi əbəs yerə eşələyir, heç olmasa kiçik bir qığılcım tapıb, nəfəsilə onu yenidən alovlandırmaq, beləliklə, soyumuş qəlbini yenidən isindirmək və keçmişdə ona əziz olan, onun ruhunu oxşayan, qanını coşduran, gözlərinə sevinc yaşları gətirən, yalanla da olsa, ürəyinə təskinlik verən hər şeyi yenidən xəyalında canlandırmaq üçün əbəs yerə bu külün içərisində qurdalanır.
Sayfa 46 - Qanun NəşriyyatıKitabı okudu
226 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.