Allah bir dəfə peyğəmbərləri çağırıb onlardan xəbər alır: "Səadət nədir?" Hərəsi öz bildiyi kimi cavab verir. Musa söyləyir: "Bir üzünə şillə vursalar, o biri üzünü çevirməkdir". Budda deyir: "Həyatda heç nə arzulamamaq". Bizim Məhəmmədə növbə çatanda: "Səadət - deyib - həyatı olduğu kimi qəbul etməkdir".
Sayfa 156 - AzərnəşrKitabı okudu
"Qəribə xisləti var insanın. Ömrü boyu axtarışda, soraqda olur. Xoşbəxtlik, səadət gəzir. Amma heç bilmir də o nədir, nə ölçüdə, nə biçimdədir. Böyükdürmü, kiçikdirmi? Qalındırmı, nazikdirmi? Rəngi nədir, dadı necədir? Bugünündən, adi qayğılarla yüklənmiş real yaşantılarından qopub fikrən, ruhən gələcəyə, ilğımlara, illüziyalara köklənir. Və bir gün də həyat yolunun son döngəsini dönəndə əliboş halda, axtardığını tapmadığını duyaraq qəflət yuxusundan ayılır. Başa düşür ki, xoşbəxtlik deyə axtardığı o nəsnə elə o adi bilib, dəyər vermədiyi ağrı-acısız günləri imiş. Bədbəxt olmayan nə varsa, bax elə onlar imiş xoşbəxtlik."   
Reklam
SƏN BAĞIŞLADIN
Bəstəkar: Emin Sabitoğlu Mənə üfüq boyda geniş səmanı, göydə buludları, yerdə dumanı, dənizdə dalğanı sən bağışladın, bu hüsnü-mənanı sən bağışladın. Uzanan yolların dümağ sətrini, dünyanın ən gözəl çəmən ətrini qumlu sahillərdə sən bağışladın, o zərif əllərdə sən bağışladın. De, nədir səadət həyatda, gülüm, bir könül xoşluğu, bir az təbəssüm. Onu da, bunu da sən bağışladın, dünyanı dünyada sən bağışladın. 1978
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı. Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı. Gönüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət… Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı. Nədir bu xilqəti-bimərhəmət, şu pərdəli hikmət?! Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı. Tükəndi taqatü səbrim, ədalət! Ah, ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Səadət nədir?
Səadət şəxsi "məndən", şəxsi təmayüldən, şəxsi arzudan əl çəkərək ümumi "mən"liyə, ümumi təmayülə və ümumi arzuya xidmət etmək deməkdir.
Sayfa 149Kitabı okudu
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı. Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı. Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət... Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı. Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət? Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı. Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Reklam
35 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.