Ümumiyyətlə, yapon milləti təbiətlə texnologiyanı vəhdət halında görür və onları bir-birindən ayrı təsəvvür etmir: onların aləmində "insan və təbiət", yaxud "insan təbiətə qarşı" anlayışı qəbuledilməzdir, yalnız və yalnız "insan və təbiətin vəhdəti" anlayışı var.
Həyatımız mənasız olanda, yaxud məna itəndə, ya da itirdiyimizi zənn edəndə ekzistensial ziddiyyət baş verir. Lakin, Viktor Franklin fikrincə, ekzistensial ziddiyyəti anormal hal, yaxud nevroz simptomu kimi qəbul etmək lazım deyil, tam əksinə, bu hal müsbət qiymətləndirilməli – dəyişiklik katalizatoru kimi qəbul edilməlidir.
Bir insanın ruhu, beyni onun fiziki aktivliyini və çevikliyini nə qədər qoruyarsa, həmin insan bir o qədər gənc qalar və bu, uzunömürlülüyü şərtləndirən amillərdən biridir.