```Salam dostlar bunlar hamısı bədahətən şifahi deyilən kupletlərdi```
Məni tək qoymağuvun səbəbi nədir sevgili yar
Nə qədər zülümlü işlər var edir sevgili yar
Təzəcə gəlmiş idi çıxıb gedir sevgili yar
Yenə də tək braxır aşiqi hicranı ilə
-
Adəmin övladını öznə çəkibdir iştah
Sən Xuda doğru yolu quranda etdün izah
Sən kərəm sahibisən lütf eləyənsən Allah
Yenə də qəbul edərsən onu nöqsanı ilə
-
Həmi öyrəndim özüm həm də birin öyrətdim
Dahi Vahidin qəzəllərinə tərəf mən getdim
Sənətin dərin olan yollarına meyl etdim
Gedirəm meyxananın dahi qəzəlxanı ilə
-
Neçə min qəm kədərə ortağ olubdur dustaq
Olmaq da istəməyir ancaq olubdur dustaq
Ailəsindən aralı dustaq olubdur dustaq
Çevrilib dustağın hər dəqiqəsi hər anı ilə
-
O yarı avazınla səslə yetər inşAllah
Çox kiçik nütfə olan nəslə yetər inşAllah
Bir birin kim ki sevib vəslə yetər İnşAllah
Görək ki qız yol alıb sevdiyi oğlanı ilə
-
Sanma düşməni vurur səhv eliyir əsgərimiz
Arada düşməni də əhv eliyir əsgərimiz
İndi avtomat ilə məhv eliyir əsgərimiz