4emon

4emon
@sebuhiagabey
İlahi Xaos
Yazar/Oyuncu/Müzisyen/Senarist/Yönetmen/Grafik tasarımcı
Güzel Sanatlar Üniversitesi
bakü
bakü, 11 Ocak 2003
20 okur puanı
Mart 2022 tarihinde katıldı
Bugün masanın bir küncündə həqiqətlər, bir küncündə xəyallarım, oturmuşuq dərdləşirik.. Xəyallarıma baxdım, şirin yalanlar danışırdı. Sonra həqiqətlərə baxdım, amma elə bildiyin kimi deyil, çox qəddar biridi. Yumşaltmaq istədim onu.. Biraz sənə olan həqiqi sevgimdən danışdım, biraz səndən və biraz da gözlərinin gözəlliyindən. Çıxıb getdi.. Səni elə gözəl danışdım ki, yəqin xəyalpərəst biri olduğumu düşündü. Anladım ki, yenə xəyallarım və mən qaldım..  Gedənlərdən qalanlar həmin masada öldürdü məni.
Reklam
Uzaqdan da olsa darıxıram.. Hiss etdirə bilmədən, kimsəyə bəlli etmədən darıxıram. Sonu sənə getməyən çıxdığım yol darıxdırır məni. İrəli getsəm sən yox, geri dönsəm sən yox.. Durduğum anlamsız yer darıxdırır məni.. Ətrin olmayan külək darıxdırır məni.. Artıq əsdiyində əvvəlki kimi sərin deyil. O küləyin dağıtdığı saçların darıxdırır məni.. Ümidi olmayan xəyallar darıxdırır məni... Küsüb, yerini verdiyi xatirələr darıxdırır məni.. Onlardan uzaqlaşdığım hər yeni günə anlatmaq darıxdırır məni.
Bununla bele cəmi bir həftə əvvəl mən onunla yenidən görüşdüm və yenidən itirdim...
[Kitab]~“Paradoks”—4EMON
Onlar anlamırlar ki, zaman, arzularına və istəklərinə doğru istiqamət almış olan qatarın əsas yanacağıdı. Qatarı idarə etmək üçün konduktoru hər zaman tapa bilərsən amma yanacağın bitibsə hərəkət eləmək çətin məsələdir...
Azca, lap xırdaca məntiq bəs edir ki, anlayasan- din 99% ehtimalla valideyndən övlada keçir və yalnız az qism insan bunun fərqinə varır.
Reklam