Özümə qapanmış halda otururdum. Məni əhatə edən dünyanın hissəcikləri gah soyuyur, gah da yenidən isinirdi. Lazım olan sözləri tapa bilmirəm. Dünya sanki ləkələrlə örtülüb. Sonra isə bu ləkələrin yerində birdən zolaqlar peyda olur. Gözlərim ətrafda yalnız mənasızlıq qeydə alırdı və o, içimə dolurdu. Varlığımın bir hissəsinə çevrilməyi arzu etməyən həmin detallar haradasa mənim şəxsi "mənim”dən kənarda həyasızcasına parıldayırdı. Bu zavod korpusundakı bayraq, hasardakı çirkli ləkə və ya otlar üzərində sərilib qalmış köhnə taxta səndəl ola bilərdi. Xəyalımda ən ardı və müxtəlif obrazlar yaranır və dərhal da ölürdü. Kim bilir, bəlkə də bunlar anlaşılmaz, heç bir forması olmayan xatirələr idi? Ən əhəmiyyətli və ən dəyərsiz nəsnə burada bərabər hüquqlara malik idi.
-Səncə, reallığının alicənablığı nədədir?
- Bax bunda!
Kaşivaqi mamırla örtülmüş kiçik qala daşının üstünə ovcunun içiylə şappıldatdı.
- İnsan öləndən sonra qalan cansız əşyada...
Ümumiyyətlə, düşünürəm ki, həyatın mənası haqqında narahat olmağı bacarmağın özü də bir cah-calaldır. Bu o insanlara aiddir ki, özlərini dünyada tamhüquqlu sakin kimi hiss etmirlər.