Başqa bir həyat yoxdur, bütün mövcud olan sevincləri yalnız bu dünyada dadmaq olar, sadəcə olaraq, həyat çox tez keçir və başqa imkanlar bir daha heç vaxt ələ keçməyəcəkdir.
– Eh, müdir, kaş daşların, güllərin, yağışın dediklərini anlaya biləydik! Bəlkə, onlar qışqırır, bizi çağırır, biz isə eşitmirik. Necə ki biz onları çağırırıq, onlar da bizi eşitmir. Müdir, dünyanın eşitmə qabiliyyəti nə vaxt yaranacaq? Nə vaxt bizim gözlərimiz açılacaq və biz hər şeyi dərk edəcəyik? Nə vaxt bütün ağuşlar açılacaq və
biz hamımız: daşlar, güllər, yağış və insanlar bir-birimizi qucaqlayacağıq?
Əsl müəllimin borcunun və qazancının nədən ibarət olduğunu yaxşı başa düşdüm: öz şagirdlərindən mümkün qədər çox şey öyrənməli, gəncliyin nəyə yönəldiyini araşdırmalı və eyniylə sən də bütün qəlbinlə ora can atmalısan.
Biz öz xoşbəxtliyimizi nadir hallarda dərk edirik. Yalnız o keçdikdən sonra biz arxaya boylanırıq və bəzən sarsıntı keçirərək necə xoşbəxt olduğumuzu başa düşürük.