Saida Muradova

"Yeriyən burka"
8/10
·344 syf.··
2021 8. kitabı
·
4 günde okudu
·
Okunma: 06 Eylül 2021 00:00
Əsərdə mənə ən çox təsir edən söz bu oldu. Əfqanıstanın paytaxtı Kabilə gedən bir jurnalistin orada evində yaşadığı ailəni qələmə aldığı bu əsər Əfqanıstan haqqında yazılan digər əsərlər qədər ağrıverici idi. Qəlbimdə bir şeylər qıran əsərlərdən oldu. Qadına qarşı münasibətin necə olduğunu elə tək bir ifadə ilə bu qədər mükəmməl ifadə edilməsi. "Yeriyən burka". İnsan olaraq belə görülmür qadın. Cəmiyyətdə heç bir rolu yoxdur. Evdə olanda adları, həyatları, hekayələri olan bu qadınlar qapıdan çıxdıqları an kimliklərini itirirlər və yeriyən, danışan burkalara çevrilirlər. Kitabda göstərilən həyatların xəyal gücü ilə yazılan, fantastika, distopiya olmasını arzu edərdim. Amma təəssüf ki, doğrudur. Hətta deyəsən artıq qadınlar yeriyən və danışan yox sadəcə yeriyən burkalardırlar. Onlara danışmaq belə olmaz. Qısacasl bir qadın olaraq məni həqiqətən dərindən sarsan bir əsər idi.
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020253 okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
Son cümlənin təsiri
7/10
·120 syf.··
2019 22. kitabı
·
6 günde okudu
·
Okunma: 08 Aralık 2019 00:00
Stefan Zweig mənim əsərlərini oxumağı ən sevdiyim yazıçılardandır. Yazıçının digər əsərləri kimi bu əsər də çox təsirli və düşündürücü idi. Son cümlə ilə əsər boyu oxuduğumuz hekayənin, bütün əsərin tamanlandığı bir əsər idi. Kitabın ümumi mənası anlatmaq istədiyi fikir çox açıq idi və bunu 113 səhifədə çox aydın anlatmışdı yazıçı. Bəzi hissələr mənə nisbətən sıxıcı gəlsə də ümumi ələ aldıqda əsəri bəyəndim. Bir insanın daxili aləmini, özü ilə daxili mübahisəsini Zweig o qədər möhtəşəm təsvir edir ki. Həmçinin bu əsərdə də gənc, varlıqlı bir kişinin özü ilə, daxili aləmi ilə olan çatışmasını oxuyuruq. Əsərin anlatmağa çalışdığı əsas fikir məncə bu şəkildə idi: "Bu həyatı içindən gəldiyi kimi yaşa. Həyatın sənə təqdim etdiyi kimi yox, özün kimi yaşa. Xoşbəxtlik özün ola bilmədir." Əsərin ən bəyəndiyim alıntısı və ən təsirli cümləsi: "Nə vaxtsa özünü tapmış adam, bir daha bu dünyada heç nə itirməyəcək və nə vaxtsa içindəki insanı anlayan adam, bütün insanları anlayacaq."
Möcüzəvi GecəStefan Zweig · Parlaq İmzalar Nəşriyyatı · 2019171,4bin okunma
Sonsuza kadar arkadaşlık
9/10
·208 syf.··
2019 20. kitabı
·
5 günde okudu
·
Okunma: 12 Kasım 2019 00:00
SPOİLER içerir Məncə, uşaqları nədənsə qorumaq üçün ona hələ çox kiçik yaşlarından qadağa qoymaq yerinə hər şeyi ən kiçik ayrıntısına qədər izah etmək lazımdır. "Necə olur, uşaqlara tətbiq olunan qaydalar böyüklərə tətbiq olunmur (özü də bu qaydaları böyüklər özləri yaradırlar)." Uşağa olmazların səbəbini izah etməyəndə faciəvi nəticələri ola bilir. Elə bu əsərdəki kimi Kitab gözümdən axan yaşlarla bitdi. Kitabın son nəticəni anlatması çox təsirli oldu " O an Bruno gördü ki, o, hələ də bərk-bərk Şmuelin əlini sıxır. Və artıq heç kim onların əllərinibbir-birindən ayıra bilməzdi". Əsər haqqında fikirlərim o qədər qarışıqdır ki, toparlayıb yaza biləcəyimi düşünmürəm. B6 mövzuda yazılmış əsərlər, çəkilmiş filmlər qandondurucudur. Elə gerçəklikdə olduğu kimi. Əsərdə Nazi Almaniyasının generalının oğlu Bruno ilə yəhudi düşərgəsində yaşayan yəhudi oğlan Şmuelin dostluğu təsvir edilir. Əslində əsas götürülən isə yəhudi qırğınlarıdır. Alman generalının ailəsi ilə birlikdə yəhudi düşərgəsinin yaxınlığında olan evə köçməsi ilə başlayan süjet xətti burada tək olduğu üçün özünə oyun yoldaşı axtaran Brunonun hekayəsi ilə davam edir. Əsər əsasında çəkilmiş eyniadlı filmə daha əvvəl dəfələrlə baxmış olsam da, kitab mənə çox dərindən təsir etdi.
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202050,5bin okunma
5/10
·128 syf.··
2022 4. kitabı
·
4 günde okudu
·
Okunma: 19 Ocak 2022 19:10
"Anası oğlan doğurmuş, Zebercet hamur yoğurmuş" SPOİLER içeriyor! Kitapta Zebercetin sıradan hayatında yaşadığı yalnızlık ve bu yalnızlığın kendisine karşı nasıl bir çatışma yarattığını okuyoruz. Zebercetin Obsesif Kompulsif Bozukluğa sahip olduğunu, özgüven eksikliğinin, yalnızlığının psikolojisini nasıl sarsıttığını görüyoruz. Özellikle cinselliğe karşı olan bu takıntılar bariz bir şekilde dikkat çekiyor. Bu takıntıların kökeninde de aslında Zebercetin yalnızlığı duruyor. Zebercetin takıntıları gecikmeli Ankara treniyle gelen kadının otele bir daha dönmeyişi ile kendini daha çok göstermeye başlıyor. Varlığından rahatsız olmasına rağmen tek sohbet ortağı olan Emekli Subay'ın da oteli terk edişiyle birlikte yalnızlığı derinleşen Zebercet, otele müşteri almamaya başlıyor. Zebercet yalnızlığıyla başa çıkamadıkca kendisiyle özdeşleştirdiği Anayurt otelini de yalnızlaştırmaya başlıyor. Ortalıkçı kadının(Zeynep) köyüne geri dönmek istemesi, yeni tanıştığı (tek arkadaşı) Ekrem'e bir daha ulaşamaması, gecikmeli Ankara trebiyle gelen kadının bir daha geri dönmemesi ve bunlara eşlik eden bütün olaylar zincirinin yaşanmasıyla Zebercet ruh sağlığını gitgide daha da kaybeder. Ve en sonunda bu ruh hali her şeyden, kendisinden bile vazgeçmesine neden olur.
Anayurt OteliYusuf Atılgan · Can Yayınları · 202336,9bin okunma