sel_can

sel_can
@selcan_12
Mənim üçün sevgi sonsuz və əlçatmaz idi. Bir o qədərdə hər yerdə və içimizdə. Günəşin batışında, gündüzlə gecə arasında bir yerdə. Birlikdə gəzmədiyimiz dənizin sahilində, baxmadığımız ulduzlarda və ay işığında. Sənə oxuya bilmədiyim kitabda, dinləyə bilmədiyimiz o musiqidə. Sevgi bir yerdə qocalmadığımız ömürdə, birlikdə dözmədiyimiz çətinliklərdə və yan yana oyana bilmədiyimiz səhərlərdə idi. Sevgi gözlərindəydi və əllərində. Görə bildiyim qədər yaxınımda, heç vaxt toxuna bilməyəcəyim qədər uzaqda...
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Bəzi yaralara heçnə etmək olmur... sarsan belə acı verib, qan axıtmağa davam edir. Ən yaxşısı uzaqda durmaqdı... sağalmasını gözləmək, və yaxud sağala bilməməsini. içmək sadəcə keçici ağrıkəsici təsir verir. O yaranın varlığını müvəqqəti olaraq unutdurur... insan sevməli məncə... amma, gedəcəyini bildiyi birini unuda bilməyəcəyi qədər sevməməli... 🥀
İçimdə nə zaman bir ümid olsa heç çəkinmədən bunu yox edirsən. Yəni dəfələrlə üzümə vurursan artıq "Bizdən Olmaz" deyə. Ama həmişə bir ümidlə gözləmək və olmayacağını bilə-bilə bunu etmək çox çətin inan ki...🥀
Mən bir neçə dəfə intihar etdim. Elə bilək kəsməklə, özümü asmaqla, hər hansı bir binadan özümü atmaqla deyil. Xəyallarım vardı məsələn. Xəyallarımın sahibini başqasıyla gördüyüm gün, suya attım o xəyalları. Həvəsim vardı, hansı ki qursağımda qalan. Arzularım vardı, hansı ki gerçək olmayacağını anladığım gün ip asdım boğazından. Sevgimi öz əllərimlə attım uçurumdan. Belə ki, parçalandım. O deyirləre yarım qaldım, mən yarım belə qalmadım.
Necə başa salım ki sənə olan sevgimi.Sən yara alırsan mən qanıyıram.İnsan birinin bütün kədərini sırf o xoşbəxt olsun deyə çəkmək istər canına? Mən istəyirəm.💙