Sevməkdən qorxma. Çünki Sevgi,səni azad hiss etdirən tək duyğudur. Ona görədir ki,sən sevəndə səmalarda qanad açıb uçurmuş kimi olursan. Hərkəs danışanda sən susursan,hərkəs susanda dəli kimi gülməyə başlayırsan. Qoy dəli bilsinlər səni. Sən azadsan. Sevgi azadlıqdır. "Birdən o da incidər" deyib,sevməkdən qorxma. Sən o səni sevsin deyə deyil,o sevməsə belə onu sevəcək qədər gözəl sev. O da səni sevirsə nə gözəl. Azadlığını qorxunun əllərinə buraxma. Üzüləcəksən təbii ki,sevgi bütün gözəl və dərin hisslərin qovuşduğu bir yerdir. Ancaq üzüldüyün şey səni sevən birinin əllərindəndirsə,əmin ol ki o da sənin qədər üzgündür. Ona görə də,qorxunu öldürüb,azadlığını yaşat. Sevməkdən qorxma.✨