Bircə dəfə gülsən, tökülər uşaqlığımız təbəssümündən..
Bircə dəfə gözlərinlə toxunsan gözlərimə, Bakı bağıra-çığıra ayağa qalxar yerindən..
Darıxmışıq sənin üçün. Bax darıxmışıq deyirəm, tək mən yox, bütün şəhər yetim qalıb o gündən bəri..
Küçələrdən çəkilib bütün saflığımız. Amansız küləklər ümidlərimizi sığışdırdığımız kisələrimizi oğurladı cibimizdən..
Bircə dəfə salamlasan, ürəyi dayanar sıldırım qaya daşlarının. Daşın qəlbi olmaz demə, olmasa onlar necə sevərlər səni, onlar məni sevməz demə, əgər sevməsə niyə sən gedəndən ilişib qalıblar ayaqlarımda ki, artıq gətir onu..
Bircə dəfə keçsən küçəmizdən, yağışların kədəri sevinc göz yaşlarına çevrilər..
Bircə saç telin, saç telini göndərsən, kəndir olsa zamanın boynuna edam etsək bütün dəqiqələri..
Bircə dəfə gəlsən, bircə dəfə gəlsən gəncliyimin susuzluğuna son qoysan, nəfəsimə saxlasan nəfəsini..
Gəl..
Bu şəhər gəlişin üçün hazırdır ya yox bilmirəm amma səninlə kədərə qərq olmaq belə yaraşar mənə və küçələrə..✨