sel_can

sel_can
@selcan_12
Ah bir öpsə,acılarım dincələcək əlimdən.Bir baxsa gözlərimin içindəki özünə,gözəl gözlü gözünə. Ah buraxsa özündəki dərdlərini qəlbimə,ağrıları məlhəm olsa dərdimə. Bir sənsən, mənə oxşar, mənə bənzər.. bir oynasan saçınla,buraların günəşini soyutsan. Bir oxşasan saçımı,isinsə qəlbim,təkliyin qışında dondum soyuqdan. Bir gəlsən,sən də sənin məndəki uzaqlığına baş çəksən..✨
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
söz tapmıram açıqlayım ki, mən nə qədər darıxmışam. əslində sözləri yan-yana qoyub bər-bəzəkli cümlələr qurmaq dünyanın ən asan işidir..amma gəl soruş görüm, mən sənə o bər-bəzəyi layiq görürəmmi? yox..görmürəm..deyilmiş olan heç bir sözə, artıq nə vaxtsa qurulmuş olan heç bir cümləyə layiq deyilsən.. təkrarları səndən uzaq tutmuşam həmişə. fərqində olmasan belə.. bunlar xırda şeylərdir. bəlkə də əhəmiyyətsiz.. bilmirəm. əslində səni həmişə günaha bənzətmişəm. onun qədər alovlu. qadağan amma cazibədar..yandırıcı və dözülməz.. insanın mənliyini,iradəsini,xislətini sınağa çəkən.. içimdəki "get və onu özünə götür" səsi ilə savaşıram həmişə. ağıllı olmağını sevirəm.çox sevirəm bunu. hətta ən çox bunu sevirəm səndə. bütün yalanlarımı anlayacaq qədər peşəkar yalançı olmağını sevirəm. dürüstsən ən azından,yox? kağızdan düzəltdiyin o qəribə fiqurları mən hələ də bacarmıram. sənin kimi bir dəfəyə içə bilmirəm o dolu qədəhləri. acı..kəskin. ağrılı keçir günlər. lağ etdiyin "ümidsiz gənc" olaraq davam edirəm sözün qısası.gülməlidir. darıxıram.xatırlayıram. gözlərindəki işıq.otağımdaki qaranlıq.boynundaki xal. dizlərimdəki titrəyiş. dərinin üzərinə yayılmış qoxu. qulağımdaki qəribə uğultu.uzun saçların. burnumdan çıxan qaynar nəfəs. qısa barmaqların. ürəyimdəki çırpınış.irəli doğru atılan ilk addımın.qapanan gözlərim.dediyin o tək söz.dayanan nəfəsim. gülümsəmən.açılan qapı. gedişin. və gələn yalnızlıq.
` Barmaqları olmalı eşqin. Ama sevdiyinə deyil kəlimələrə toxunmalı. Naxış-naxış işləməli sevgisini zamana. Səssizcə əsən külək və ona yoldaşlıq edən mavi dənizin huzuru kimi hiss etdirməli sevgisini . Qaçmadan , Qorxmadan.💙
Ehtiyacım olan hər şey sənsən. İnandığım gələcək , heçə saydığım keçmiş..tükənməyən ümidlərin adı sənsən . Sən..ehtiyac duyduğum hər şeysən..gülümsəmə səbəbimsən. və yatılı olduğun zamanlarda belə oyaq qalmağıma səbəb. sakitliyim və ən böyük qəzəbim..məqsədlərim..hər dəqiqə dəyişən amma öncədən düşünülmüş fikirlərim..məntiqsizliyim..bağlı olduğum ,qopa bilmədiyim tək şeysən ..bəzən başqa birinə ehtiyac duyma səbəbimsən..dözülməz amma əl çəkməsi də mümkün olmayan. dönüb dolaşıb gəldiyim ünvan sənsən.. bəzən içimdəki bütün alçaq hisslərin adı sənsən..qürur , kibir , qısqanclıq, kin , nifrət , qəddarlıq..axıb gedən göz yaşları , həyəcanım , varlığımı titrədən qorxum , əllərimi əsdirən sevincim.. .düşündükcə ağlıma gələn bir sürü səbəbsən sən..ehtiyac duyduğum hər şeysən.. xəyalını qurduğum tək şey.. sənsən..💙
İlişkiler
Bircə dəfə gülsən, tökülər uşaqlığımız təbəssümündən.. Bircə dəfə gözlərinlə toxunsan gözlərimə, Bakı bağıra-çığıra ayağa qalxar yerindən.. Darıxmışıq sənin üçün. Bax darıxmışıq deyirəm, tək mən yox, bütün şəhər yetim qalıb o gündən bəri.. Küçələrdən çəkilib bütün saflığımız. Amansız küləklər ümidlərimizi sığışdırdığımız kisələrimizi oğurladı cibimizdən.. Bircə dəfə salamlasan, ürəyi dayanar sıldırım qaya daşlarının. Daşın qəlbi olmaz demə, olmasa onlar necə sevərlər səni, onlar məni sevməz demə, əgər sevməsə niyə sən gedəndən ilişib qalıblar ayaqlarımda ki, artıq gətir onu.. Bircə dəfə keçsən küçəmizdən, yağışların kədəri sevinc göz yaşlarına çevrilər.. Bircə saç telin, saç telini göndərsən, kəndir olsa zamanın boynuna edam etsək bütün dəqiqələri.. Bircə dəfə gəlsən, bircə dəfə gəlsən gəncliyimin susuzluğuna son qoysan, nəfəsimə saxlasan nəfəsini.. Gəl.. Bu şəhər gəlişin üçün hazırdır ya yox bilmirəm amma səninlə kədərə qərq olmaq belə yaraşar mənə və küçələrə..✨
İlişkiler