Səni sevmək,dünyadakı
Ən gözəl hiss olsa gərək.
Qurumuş bir çiçəyə,
Su verməkdi səni sevmək.
Darıxanda,şəkillərdən,
Saçını sığallamaqdır.
Bir zəncirtək ürəyimi,
Ürəyinə bağlamaqdır.
Səni sevmək,uşaqlıqdır,
Uşaq kimi sevinməkdir.
Hərkəsə çirkin görünüb,
Sənə gözəl görünməkdir.
Hərkəsdən sıxılıb,qaçıb,
Yanında xoşbəxt olmaqdır.
Səni sevmək,ömür boyu,
Yanında,uşaq qalmaqdır. (c)