Gözlərin ən çox mənə baxanda gözəldi.
Ən çox mənim yanımda günəşsən sən,
Ən çox mənim yanımda gözəlsən.
Hər səfərində üzünə baxıb,
"Səni sevsəm.." deyirəm,
Gözəl olmazmı səncə?
Səni sevsəm məsələn,
Gözəl sevsəm ama,
Sənə bənzəsin sevgim.
Sən mənə yar olmalısan,
Çay içməliyik bir yerdə,
Dizlərimiz bükülənə qədər gəzməliyik,
Dənizi seyr etməliyik,
Saçlarını oxşayacaq sözlərim var,
Fəsillər var bir yerdə keçirəcəyimiz,
"Əynini qalın geyin" deməyəcəm sənə soyuq olanda,
Bir ömürlük sarılmağım var sənə,
Səni sevsəm olarmı? 💙