N.

N.
@silent_liness
pupil
Azerbaijan
Georgia, 22 Aralık 2008
35 okur puanı
Aralık 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
"İyi Kız Ölüme Çok Yakın"
9/10
·447 syf.··
2024 4. kitabı
·
13 günde okudu
·
Okunma: 23 Haziran 2024 00:07
3 kitablıq bir seriyanın sonu. Mənim uzun bir müddətdən sonra bitirdiyim ilk seriya həmçinin. Haradan başlayım, nə deyim, necə deyim, bilmirəm. Sonun oxucunun düşüncəsinə qalmağını, yazçının dəqiq bir son yazmamağını sevmirəm, buna görə ilk iki kitabında məndən 10 xal alan seriyanın son kitabı məndən 9 xal aldı. Təəssüf ki. Kitabda nədən bəhs olunur, hadisələr necə başlayır, necə davam edir və s. bunlar haqda heç bir şey deməyəcəm, çünki nə desəm spoiler olacaq. Tək deyəcəyim şey budur ki, bu kitabda başa düşürük ki, bu hekayənin əvvəlinin də əslində bir başlanğıc nöqtəsi var. Birinci kitabda araşdırdığımız cinayətdən bəhs edirəm; Sal və Andie hadisəsindən. İkinci kitab haqqında heç düşünmədən "Mükəmməldir," - deyə bilirdim, lakin bu kitab haqqında, təəssüf ki, o qədər əmin şəkildə yaxşı şeylər deyə bilməyəcəm. Başlar Pippanın hisslərindən, ortalar qatildən, son da biraz həyəcan biraz da əsəb qarışığı hiss ilə oxuduğum səhifələrdən ibarətdir. Bunda problem yoxdur. Mənim gözümdə tək problem sondur. Təxmini 10 saniyə səhifə ilə baxışmağıma səbəb olan son. Amma ümumi olaraq maraqla oxuduğum bir kitab, o cümlədən seriya oldu. Tövsiyə edirəmmi, bəli. Heç düşünmədən tövsiyə edərəm. Oxumağa dəyər. Mənim üçün bu seriya burada bitdi. Bu seriyanı mənə tövsiyə edən qıza da, bunu görməsə belə, təşəkkürlərimi bildirirəm. :) Oxuyacaq hər kəsə xoş oxumalar diləyirəm!
İyi Kız Ölüme Çok YakınHolly Jackson · Epsilon Yayınevi · 20231,135 okunma
Reklam
"İyi Kız, Kötü Son"
10/10
·355 syf.··
2024 3. kitabı
·
16 günde okudu
·
Okunma: 10 Haziran 2024 12:25
Xeyr, bu dəfə yavaş oxumuşam deməyəcəm. Bu kitabla başa düşdüm ki, bu mənim normal oxuma sürətimdir. Nə deyək, sağlıq olsun. Biraz da yavaş oxuyaq, problem yoxdur. "İyi Bir Kızın Cinayet Rehberi"ndə Pip sadəcə dərsi üçün və necə deyərlər, marağını çəkdiyi üçün araşdırırdı cinayəti. Lakin bu kitabımızda məsələlər biraz daha ciddiləşmişdi. Pip bu dəfə sadəcə maraq üçün araşdırmırdı heç bir şeyi. Üstündə məsuliyyət hiss edirdi. Və bu dəfə ortada olub-bitmiş bir cinayət yox, hər keçən saniyənin vacib olduğu bir itmə hadisəsi var idi. İtmiş şəxsin yaxınlarından biri olmağı da Pippanın hiss etdiyi məsuliyyəti daha da artırırdı. Və o son... Nə hiss edəcəyimi bilmədim. İşin içində kimin olduğunu təxmin edə bilirsiniz, amma o sonu oxuyana qədər nə üçün və niyə etdiyini aydınlaşdıra bilmirsiniz. Mükəmməl idi. Çox qəşəng idi. Seriyanın bu iki kitabından hansı daha çox xoşuna gəldi desəniz, seçə bilmərəm. Amma "İyi Kız, Kötü Son"un axırı bir müddət ən sevdiyim sonluq olaraq qalacaq. Görək, üçüncü və son kitabda bizi nələr gözləyir... Oxuyacaq hər kəsə xoş oxumalar diləyirəm!
İyi Kız Kötü SonHolly Jackson · Epsilon Yayınevi · 20221,730 okunma
"AĞ DİŞ"
10/10
·234 syf.··
2024 2. kitabı
·
13 günde okudu
·
Okunma: 24 Mayıs 2024 22:01
Jack Londondan oxuduğum ilk əsərlə gəldim bu gün. Povestdə yarı canavar balası olan bir itin həyatını oxuyuruq. İtin dünyaya gəlməsinə qədər olan bir neçə hadisəyə, uşaqlığına, insanların əlinə düşməsinə, insanlarla və öz həmcinsləri ilə olan hadisələrə şahid oluruq. Əsərlə yox da, əsərin Azərbaycan dilinə tərcümə edilmiş halı olan bu kitabla əlaqəli kiçik bir etirazımı bildirmək istəyirəm: kitabın arxa üzündə əsərin sonunun yaxşı və ya pis bitdiyinin qeyd edilməsi xoşuma gəlmədi. Bundan başqa əsər və ya kitabla əlaqəli heç bir mənfi fikrim, etirazım yoxdur. Yazıçı əsərdə bir heyvanın həyatını təsvir etsə belə, insanlarla əlaqəli fikirlər də söyləmişdir. Bir heyvanın gözündən insanlar və onların hərəkətləri, onların yaratdığı nəhəng tikililər, onların qurduğu sistem və qoyduğu qanunlar canavar balasında – Ağ Dişdə vahiməyə səbəb olurdu. Bu da əslində insanların etdiyi bir çox şeyin qorxunc və qəddarcasına olduğunu üzümüzə vurmağa yetir. Əsərdə canavar balasının insanları "tanrı" kimi görməyi də diqqət cəlb edən digər bir nüansdır. Fikrimcə, əsərin oxunmağa dəyər olduğunu qeyd etməyimə ehtiyac yoxdur. Həyata fərqli bir pəncərədən baxmaq gözəl və qəribə bir hiss idi. Oxuyacaq hər kəsə xoş oxumalar diləyirəm!
Ağ DişJack London · Kitab Klubu Nəşriyyatı · 201995,4bin okunma
"İyi Bir Kızın Cinayet Rehberi"
10/10
·373 syf.··
2024 1. kitabı
·
28 günde okudu
·
Okunma: 12 Mayıs 2024 00:00
Bu gün 3 kitablıq seriyanın birinci kitabı haqqında yazacam. Əvvəlcə onu deyim ki, bu kitabı normal hallarda bu qədər gec bitirməzdim, tez bitirə biləcəyim bir kitab idi. Lakin uzun müddətdir RS-də oluşum kitabı gec bitirməyimə səbəb oldu. Nəysə, buna da şükür. Hadisələr Little Kiltonda 5 il əvvəl baş vermiş bir cinayətin 17 yaşlı Pippanın ev tapşırığına mövzu olması ilə başlayır. Pip illər əvvəl baş vermiş bu cinayətin düzgün nəticələnmədiyindən və qatil olaraq bilinən Salın əslində qatil olmadığından şübhələnir. Buna görə də o, tapşırığı bir növ bəhanə edərək cinayəti yenidən araşdırmağa başlayır. Bu yolda hər şeyin əslində Little Kilton əhalisinin bildiyi qədər sadə olmadığını aşkar edir... Kitabın müsbət cəhətləri çoxdur. Ən çox xoşuma gələn xüsusiyyəti hadisələrin normal sürətdə irəliləməsidir. Yazıçı hadisələri nə çox yavaş, nə də çox sürətli deyil, tam normalında irəlilətmişdir. Uzun-uzun təsvirlər kitabda, demək olar ki, yoxdur. Bu da ən sevdiyim bir digər xüsusiyyətdir. Hadisələr zənciri lazımsız və heç bir yerə bağlanmayan səhnələrlə sınmır, oxucu əsas məsələdən qopmur. Əlavə olaraq onu deyim ki, RS-də olan oxucuların hər birinə bu kitabı tövsiyə edirəm. Başlarda çox yavaş oxusam da dünəndən bəri bu kitabda 200+ səhifə oxumuş olmaq mənim uzunmüddətli RS-dən bu kitab sayəsində çıxdığımı göstərir. Oxuyacaq hər kəsə xoş oxumalar diləyirəm!
İyi Bir Kızın Cinayet RehberiHolly Jackson · Epsilon Yayınevi · 20223,656 okunma