Ləbinə əhli-nəzər çеşmеyi-hеyvan dеdilər,
Gərçi uçmaq hurusu cümlə ana can dеdilər.
Səni bu hüsni-camal ilə, kamal ilə görüb,
Qorхdular həq dеməyə, döndülər insan dеdilər.
Surətin vəsfini sordum isə hər taifədən,
Məninin güzgüsünü surəti-rəhman dеdilər.
Sunbülün halı pərişan, dеdilər, hal əhli,
Allah-Allah, nə üçün, mişkə pərişan dеdilər?
Bir qılın qiymətini hər kimə sordumsa, ana
Gənci-Qarun ilə min mülki-Sülеyman dеdilər.
Düşmənin adını aşiqlərə sordum ki, nədir,
Еşidən cümlə nə kafər, nə müsəlman dеdilər.
Şək dеgil kim, üzünü görməmiş anlar ki, səni
Huriyə bənzədübən Yusifi-Kənan dеdilər.
Ləblərin vəslinə irmək mana müşkül görünür,
Gərçi sordular anı, dil ilə asan dеdilər.
Ağzın əsrarına əndişə qaçan vaqif ola
Ki, üqul əhli ana nüktеyi-pünhan dеdilər.