Ötən illərə nəzər salanda, indi uzaqlarda qalmış o günlər bizə qəmlə, qüssəylə dolu görünür. Ancaq onu da xatırlayırıq ki, yaşamış olduğumuz o günlərin hər saatı, hər dəqiqəsi bir rahatlıq, bir şirinlik gətirirdi ömrümüzə. Xoşbəxt olmasaq da, hər halda, kədərə, ümidsizliyə də qapılmırdıq.