Mən filmləri çox sevirəm, film izləyirmiş kimi oxuduğum kitabları isə daha çox!
Ian McEwan-ın Bir Parmak Bal romanı haqqında danışmaq istəyirəm. Kitab doğurdan da bir barmaq bal kimi şirin idi. Yazıçının oxuduğum ilk əsəri idi, amma son olmayacağı dəqiqdir. İlk dəfə rəy yazdığım üçün də kitabla bağlı sevdiyim bütün detalları ardıcıllıqla sıralayacam. Əvvəla, əsas xarakterləri sevdim, yer-yer əsəbləşsəm belə sonluğu oxuyanda hər şey yerinə oturdu. Yanlışları və doğruları ilə qəbullandım, aralarındakı yaşananların gerçəkliyi ilə də üzləşməli oldum. Normalda romanlarda əsas süjetdən kənar baş verən hekayələr diqqətimi yayındırır, amma buradakılar nəinki yormadı, hətta "bir hekayə necə yazılmalıdır?" və "necə yazılmamalıdır?" suallarına da cavab oldu deyə çox sevdim. Ən sevdiyim hissə isə təbii ki, sonluğu oldu. Bir müddət təsirində qalacam.
Bəlkə yenidən oxusam fərqli reaksiyalar verərəm, amma onda da sonluqda aldığım zövqü almaram. Bu kitabı ilk dəfə oxuma həyəcanını yaşadığım üçün xoşbəxtəm. Buradan Altunaya sevgilər! :)