Stefan Zweig -"Amok"
Spoiler ola bilər ":
Amok Cənub-Şərqi Asiyada və bu bölgənin mədəniyyətində bir növ"dəlilik"vəziyyətini ifadə edir. Filippində " juramentado " sözü ilə tanınır.
Psixologiyada isə dərin depressiya dövründən sonra şiddətli hücumların baş verdiyi dissosiativ əhval- ruhiyyədir.
***
Amoku zəhərli tiryək kimi düşünün. Elə ki, insanı həqiqi dəliyə çevirir. Nə etdiyinlə nə edəcəyin bəlli olmur, beyin tarazlığı pozulur, "ayıq" sayıqlama durumu yaşanır.
***
Yaxşılıq etmək insanın ən təməl borcudur, deyilmi? Hansı ki, o, təmənnasız edilməlidir.
Baş qəhrəmanımız vicdan əzabı, sonradan gələn peşmanlıq, bununla bərabər dərin heyranlıq hissi ilə çarpışan biridir. Qadın qüruruna yenik düşəcək qədər inadkarmı desəm, itaətkar üsluba alışmış qulaqların pis mənada çınlaması mı, bilmirəm.
Bunu da qeyd edim ki, kitab cəmi 80 səhifədən ibarət olsa da,süjet xətti və obrazlar yetərincə müfəssəl ifadə olunub.
#amok #stefanzweig