Tehmin

Tehmin
@teho
2 okur puanı
Aralık 2021 tarihinde katıldı
Mövcudluğun özünəməxsus tərəfləri yoxdur,hər bir fərd dünyaya tək gəlməyib,ağlasığmaz olmasına baxmayaraq,ümumbəşəri bir sistem var və kainat bizi görür, həm də mühakimə edir.
Sayfa 214
Reklam
Başqalarının ölümü bizi öz ölümümüzlə üz-üzə qoyur. Bu, yaxşı şeydirmi? Bu cür üzləşmə kədət psixoterapiyasında təqdir olunmalıdırmı? Belə bir sual yaranır : Qaşınmayan yeri niyə qaşıyasan? Onsuz da, yaşadığı itkidən əziyyət çəkən dul adamlarda ölüm təşvişini alovlandırmaq nəyə lazımdır? Belə bir cavab ortaya çıxır : Çünki insanın öz ölümü ilə üzləşməsi müsbət şəxsi dəyişikliklərin baş verməsinə yol aça bilər.
Bunu çoxdan öyrənmişəm ki,aralarında həllolunmalı böyük bir məsələ olan iki adam bu haqda danışmadıqda, əslində, başqa heç bir əhəmiyyətli məsələdən də danışmırlar
Sayfa 162

Okur Takip Önerileri

Tümünü Gör
-Bizim Tanrı barədə son söhbətimizi xatırlayırsan? O söhbətin üstündən illər keçib, amma sənin müqəddəs şeylər barədə hisslərimin adamın qarnına gecə vaxtı dolan köpdən elə də fərqlənmədiyini deməyin yaxşı yadıma gəlir! - Kontekstdən kənar bu fikir hətta mənə də kobud gəldi. Lakin mən sənin xətrinə dəymək istəməmişdim. Demək istədiyim bu idi ki,hisslər elə hisslərdir. Kiminsə subyektiv vəziyyəti obyektiv həqiqəti heç vaxt sübuta yetirə bilməz. Arzu , qorxu, zəhm , əsməcə hissi o demək deyil ki.. - Bəli, bəli, sənin sarsılmaz materialist mövqeyini bilirəm, bunu dəfələrlə dinləmişəm və sözlərindəki ehtiras, sadiqlik, inam məni həmişə təəccübləndirib.
Sayfa 75
Mən fikrimi sənə çatdıra bilmirəm, ana. Gəl bunu başqa yolla ifadə edim : dünyadakı hər bir insan, əslində, tənhadır. Bu çox ağırdır, lakin vəziyyət belədir və biz bununla barışmalıyıq. Ona görə də mən öz düşüncələrimə və öz yuxularıma sahib olmaq istəyirəm. Sən də həmçinin. Ana, mən yuxularımdan çıxıb getməyini istəyirəm
Sayfa 26
Reklam
Reklam