Mən səni sevəndə yaz havasıydı, Neyləyim, taleyin gözü tökülsün. Həyatım əlində quş yuvasıydı, Quran özün oldun, uçuran özün. Mən səni sevdim ki, yoldaş olasan, Həyatın ən ağır, dar yollarında. Demədim axırda bir daş olasan, Qədim qəbristanda, yol kənarında. Mən səni sevdim ki, yüyür, qaç, oyna, Yenə seçilməsin ətrin bahardan. Demədim təzədən gizlənpaç oyna, Axşam yuxuma gir, səhər qaç ordan. Yadıma nə düşür!- sənin ad günün, Biz qoca deyirdik, dünya təzəymiş. İli yox, həyatda insan ömrünün, Anı bir tarixi hadisə imiş... Nəriman Həsənzadə
Səni bağışlayıram baharın gedişinə, payızın gəlişinə. Səni bağışlayıram bu yağışın səsinə, bu torpağın ətrinə. Səni bağışlayıram elə sənin xətrinə..
Reklam
Qurşanır əlinin hərarətinə, saçının ətrinə dadanır adam. Elə gözəl sevirsən ki, adamı, səni sevməməyə utanır adam.. Orxan Bahadırsoy
Kişi unutqanlığı...
Bir qadın unutmuşam… Göz rəngi yadımdadı, gözün xatırlamıram. Bir qadın unutmuşam… Səsi qulağımdadı Sözün xatırlamıram....
“Elə bir gül ol ki, səni əzən şəxsdə belə ətrin qalsın.” İmam Əli (ə)
O, bütün güllərdən əzizdir mənə, Ətri min çəmənin ətrinə dəyər! Qara tellərinlə çox da öyünmə, Ağaran tellərin xətrinə dəyər.
Reklam
Səni bağışlayıram baharın gedişinə, payızın gəlişinə. Səni bağışlayıram bu yağışın səsinə, bu torpağın ətrinə. Səni bağışlayıram elə sənin xətrinə..
Məlik Cahan
Məlik Cahan
Baharı gözləyirəm səbirsizliklə. Axı sən mənim baharımsan! Baharı sənin ipək saçlarının xoş ətrinə bənzədirəm.
Məzarlıqda bitən yovşan
Çox qəribədir... Gördüyüm bütün kənd məzarlıqlarında yovşan bitir. Və bütün məzarlıqlardan yovşan qoxusu gəlir. Yovşan ətri hər yerdə hüzn, kədər və ayrılıq əlamətidir. Ətrin öldürdü məni, Bağrım oldu yenə şan-şan. Gördüm ki, boş bir məzara, Yenə məndən danışırsan, Məzarlıqda bitən yovşan. Əlim qoynumda gəlmişəm, Əfv et, hönkürüb ağlasam; Öz
89 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.