"İlahi! Keç günahımdan və arzularımı çin elə". – skoy kilsəsinin yanından ötüb keçdim, xaç çəkdim, bütün günahlarım barəsində tövbə elədim və xatırladım ki, Allahla sazişə girməyə layiq deyiləm.
Mənə qalsa, fərqi yoxdur, lap elə şiddətli şaxtada da şinelsiz və çəkməsiz gəzərəm, buna dözərəm və hər şeyə dözərəm, mənə nə var ki; mən sadə adamam, kiçik adamam, – amma camaat nə deyər?
Axı elə olur ki, yaşayırsan, yaşayırsan, amma bilmirsən ki, burada, böyründə bir kitab var, orada da sənin bütün həyatın ətraflı şəkildə təhlil olunub.
Belə baxanda, bilirsinizmi, əzizim, çay içməmək nəsə ayıbdır; buradakı camaatın hamısı varlıdır, ona görə də onlardan ayıbdır. Bax elə çayı da başqalarının xatirinə içirsən, Varenka, görüntü üçün, əda üçün içirsən; mənə qalsa, fərqi yoxdur, tələbkar deyiləm.