Əfsanələrə görə, insan adaxlısını dərhal tanıyır, çünki ona olan məhəbbəti onun hər hərəkətində, hər fikrində, səsində və gözlərində işıldayan hər bir hissdə sezilir. Kişi sevgilisi olacaq qadını başqalarının gözünə görünməyən qanadlarından, bir də ona qarşı olan istəyinin, ehtirasının bütün qalan hissləri məhv etməsindən tanıyır.