Qəlbindən soruş bir, belə yaşamaq olarmı heç? Sən ona bir söy, o sənə iki, o sənə bir yumruq vursun, sən ona iki... Yox, oğlum, İsa bu sərsəmlikləri öyrətmək üçün gəlməmişdi yer üzünə. Sənə söysələr də səbr etməlisən. Necə olsa, vicdanları sızlayacaq. Bir nəfər sənə şillə vursa, digər yanağını çevirməlisən. Əgər haqlı olduğunu düşünrsə, bir də vursun. Lakin onun da vicdanı sızlayar. Sakitləşib dinləyər səni. Bax bunu öyrətdi bizə İsa, təkəbbürlənməyi yox.