Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Turkan Hasanova

Turkan Hasanova
@turkanhs
224 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Mən bədii əsər oxumağa İlyas Əfəndiyevin "Körpüsalanlar" əsəri ilə başlamışam, hələ də ən sevdiyim əsərlər arasında olduğu üçün "Söyüdlü arx"ın da ən az onun qədər təsirli olacağına əmin idim. Düşündüyümdən daha çox bəyəndim, o qədər doğma idi ki obrazlar, ordakı həyat tərzi.. Bitməsini heç istəmirdim, eyni abu-havanı hiss etmək üçün "Körpüsalanlar"ı yenidən oxumaq fikrinə düşdüm :) Əsər Nuriyyə adlı yetim qızın keşməkeşli həyatından, saf eşqindən, işinə olan sevgisindən bəhs edir. Sevgisi üçün çox fədakarlıqlar edib bəzən səbrimi çox sınadı, amma olsun, hər gözəlin bir eybi var :) Gözləntilərimi artıqlamasıyla qarşıladı, oxumaq istəyən hər kəsə xoş mütaliələr.
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020772 okunma