Xoşbəxtlik bəzən balkonda aya tamaşa edərkən içdiyin bir fincan çaydır, bəzən avtobusda uzun yol yolculuğunda gedərkən qurduğun əlçatmaz xəyallardır, hərdən də sevdiyin biriylə üz-üzə əyləşib etdiyin söhbətdir, hansısa xatırladığın xatirədir. Xoşbəxtlik bircə andır, sadəcə bir an..🖤
"İllər əvvəl idi." Deyərək cümlələrinə başlayacaq... Bəlkə günəş hardasa qürub edəndə... Heç yerdə adınız çəkilmədiyi halda, ağlıma hardan gəldi? deyərək, heç gözləmədiyi zaman səni xatırlayacaq.
Çünki insan həm unutqan, həm də hər şeyi yaxşı xatırlayaraq özünə işgəncə verən bir məxluqdur.
Odur ki, unutduğunuzu düşünməyin.
Çünki əslində heç kim unudulmur.
Yalnız insanların mənaları dəyişir. Və hər kəs girdiyi həyatda iz qoyur. İnsan getsə belə, o iz qalmağa və özünü yaşatmağa davam edir.
Uğruna bir şey etdiyiniz üçün peşman etdirməyəcək insanlar üçün çabalayın... Sizin verdiyiniz əməkləri görməzdən gələn insanlar üçün yox. Çünki bir şeyə boşa əmək verdiyinin fərqində olmaq qədər qırıcı bir şey yoxdur həyatda...
Yaxşı ki xətrimə dəydilər, bəzi şeylerin fərqinə vardım. İnsanlar tanıdım, yaxşısini, pisini gördüm. Sonra etməli olduğum kimi davrandim.Amma bu dəfə də, dəyişdi dedilər. Əslində heç kim, heç kimi sevmir. Sadəcə hər kəs, hər kəslə səmimidir.