Yazmaqdan başqa heçnə sakitləşdirmir məni.
Nə vaxt ürəyimə narahatçılıq çökür o an yazmağa başlayıram. İstəməsəmdə yenə o narahatçılıqları yaşamağa başlayıram hazırda. Bilmirəm nədir bu hislər,nədir bu gərginlik. Axı niyə baş verir bunlar? Beynim düşünür,qəlbim sürətlə çırpınır,bədənim isə hər şeydən xəbərsiz sanki keyidici ilə bir müddətlik dayandırılıb. Amma ruhum...
Ondan xəbər ala bilmirəm. Hiss edə bilmirəm onu.. Hər ağrıya dözərəm amma ruhumun sönməsinə əsla...Və mən bu gecədə dözə bilmədim bu acıya..