Biz qərarlar veririk, amma heç kim zəmanət verə bilməz ki, bu, həmişə ən doğrusudur.
– Atalar da səhv eləyə bilərlər?
– Əlbəttə, eləyə bilərlər. Bu bizim sevgimizdən asılı deyil. Övladının taleyi ilə bağlı insan ən yaxşı niyyətlə ən pis seçimlər edə bilər. Hər birimiz ən yaxşısını etməyə çalışırıq, amma bəzən qarşısıalınmaz səhvlər də olur. Yüz min nəsil dəyişsə də, hər bir insanın həyatında “deməli, mənim bildiklərim yanlış imiş” dediyi məqam mütləq olur.
Həyatda hər kəs eyni deyil,bəzi adamlar var,nə kiməsə arxalanır,nə də nəyəsə ümid bağlayırlar,nə güvənə, nə dayağa ehtiyac duyurlar.Adam var yaşından, cinsindən,
harada olmasından asılı olmayaraq,
həmişə,hər yerdə divdir.Adam da var,yaşı neçə olsa da , həmişə balacadır ,həmişə cırtdandır,həmişə hamıya ehtiyacı olur.
Onsuz da bütün münasibətlər sona çatmaq üçün başlayır,yerə-göyə qan udduran eşqin fırtınası gözlərimiz önündəcə sönür.Anla artıq,heç birimiz dünənki adam deyilik,insanlar dəyişirlər,duyğular dəyişir.Hisslərin də bir müddəti var.Sabah nə olacaq,heç birimiz bilmirik ,ola bilər ki,sabah sənin gözündə dəyərimi itirim,ola bilər ki,bu odlu-alovlu sözləri başqasına deyəsən.Eşq üçün verilmiş bütün sözlər,bütün andlar,hər şey öz-özlüyündə müvəqqəti və nisbidir.Bu hisslərdə sabit,möhkəm bünövrəsi olan heç nə yoxdur,ən alovlu eşqlər sarsıla,ən ali duyğular nəsə mübhəm ,naməlum səbəbdən yarımçıq qala bilər.Amma bu nə vaxtsa yaşadığın hisslərin gerçək olmadığı anlamına gəlmir.