Bu gün səhər radioyla bir verilişə qulaq asırdım. Heç bilmirəm nə veriliş idi, ancaq orda bir şey dedilər, mənim yaman beynimə batdı. Təxmini deyirəm, dəqiq yadımda deyil. Üç obrazı əsas götürmüşdülər. Pəncərə, qapı, güzgü, məcazi mənada, əlbəttə. Deyir bəzi adamlar otaqlarında pəncərələri, qapılan güzgülərlə əvəz eləyir, yəni hara baxır, özünü görür.Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də qapının dalındakı həyat. Ancaq güzgü. Ancaq özü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən dünyanı, həyatı seyr edirlər, seyrçidirlər. Pəncərədən gördükləri yaxşılıqları, pislikləri ancaq kənardan müşahidə edirlər. Və nəhayət, üçüncü qisim adamlar qapını açıb həyata, insanların yanına çıxanlardır. Pəncərədən gördüyü yaxşılıqlara qapıdan çıxıb qəhmər dururlar, pislik görəndə yenə qollarını çirməyib davaya girişirlər. Pəncərə, qapı, güzgü. Mən qapının tərəfdarıyam. Əlbəttə, o demək deyil ki, həmin mən sumkamda güzgü gəzdirmirəm.
Sayfa 170Kitabı okudu
Həyatın insana nələr gətirdiyini bilə bilmirik. Getdikcə daha da gözəl dərk edirəm bunu. Ən bərbad , heç vaxt düzəlməyəcək dediyim anların unudulub yerinin ən gözəlləri ilə əvəz edilməsinin verdiyi xoşbəxtliyi izah edə bilmərəm sizə. Nə olur olsun , nə baş verir versin Tanrının məni qoruduğuna olan inancım sonsuzdu. Kinsiz, nifrətsiz və ən əsası bağışlamağı bacaran bir insan olan zaman, yaşamın necə komfortlu, dadınadoyulmaz bir hala gəldiyini, o anların verdiyi hüzuru sizdə yaşamalısınız❤️‍🔥
Reklam
Dünyada elə bir oyuncaq yox idi ki, atasını əvəz etsin...
+687
Dünyada şübhəli ab-havada yaşamaqdan, daima izlədiyini bilməkdən, ətrafındakıların gözlərindəki sevginin necə qorxu ilə əvəz olunduğunu görməkdən, sənə yaxın və əziz olan adamdan şübhələnməkdən pis heç nə yoxdur...
Sayfa 134
- O, ölümdən deyil, həyatın haradan, nə üçün, niyə əmələ gəldiyini və nədən ibarət olduğunu zərrə qədər də olsa, bilmədən yaşamaqdan dəhşətə gəlmişdi. İnsan orqanizmi, bu orqanizmin dağılması, maddənin məhv olmaması, qüvvənin mühafizə qanunu, inkişaf - bu sözlər onun əvvəlki etiqadını əvəz edən sözlər idi. Bu sözlər və onlarla əlaqədar olan məfhumlar zehni məqsədlər üçün çox yaxşı idisə, həyat üçün heç bir şey demək idi; odur ki Levin özünü birdən-birə isti xəz kürkünü kisəyi paltara dəyişən və şaxtalı havada birinci dəfə özünü çılpaq olduğuna və əzablı bir ölümlə labüd olaraq məhv olacağına, şübhəsiz, bütün varlığı ilə inanan bir adamın vəziyyətində hiss etdi.
Sayfa 848Kitabı okudu
Əgər biz "həyatda insanın özündən başqa bir amil onun taleyini dəyişmir!" - deyiriksə, məqsəd sırf insanın ixtiyarına aid olan rəftar və əməllərdir. Belə olduqda, insanın ixtiyarından xaric olan, bəzən də həyatı əvəz edə bilən amillər bizim mövzumuza aid deyildir. Çünki bəşər bu hallarda taleyə insansa da, inanmasa da, mütləq ona düçar olacaqdır. Təbii hadisələr, zəlzələ, və viranedici sellər bir çoxlarının həyatını dəyişdirir. Lakin bu hallardan başqa vaxtlarda insanın taleyi öz əlindədir. O, öz əməlləri ilə taleyini cızır və onun bugünkü hər bir əməli gələcək taleyi ilə birbaşa əlaqədardır. Beləliklə, bizə hakim kəsilən hər hansı bir vəziyyət, rejim və yaşayışımızı təmin edən iqtisadi qurumlar bütünlüklə kütlənin əməl və istəyindən doğur.
Reklam
678 öğeden 761 ile 678 arasındakiler gösteriliyor.