Əminə Xəlilova

Əminə Xəlilova
@xelilova_emine
Olan olub, keçən keçib bəlkə də, İndi daha kövrəlməyin yeri yox.
396 syf.
·
Not rated
·
Read in 3 days
Əsər müasir dövrümüzün problemlərindən bəhs edir. Rüşvət almadan, təmiz yaşamağa çalışan bir insanın çətinliklərindən bəhs edir. Əsərin baş qəhrəmanı Kərim Əsgəroğludur. Əsərin baş qəhrəmanı öz tədqiqat işini müdafiə etmək üçün Türkiyəyə gəlir. Lakin əsas məqsədi bu yox, qızına "taxta-tuxta" adlandırdığı cehiz almaqdır. Burada Qarabağ probleminə toxunulur (bir vərəndaş kimi çox sevinirik ki, müasir dövrümüzdə belə problem yoxdur). Müxtəlif problemlərlə qarşılaşan Kərim Əsgəroğlunun xatirələri də əsərin süjetinə daxildir. Əsərin sonunda pulunun az alması səbəbi ilə şəraitsiz bir oteldə, daha doğrusu otel otağında gecələyərkən ürəktutmadından dünyasını dəyişən Kərim Əsgəroğlu bir oxucu kimi məni sarsıtmadı desən yalan olar.
Sıraselviler'de Bir Otel Odası
Sıraselviler'de Bir Otel OdasıAnar Rzayev · Karakutu Yayınları · 200846 okunma
Reklam
176 syf.
·
Not rated
·
Read in 7 hours
Əsəri bir oxucu deyil, vətəndaş kimi qiymətləndirmək istərdim. Əsərin baş qəhrəmanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. Onun anadan olmasından, hərbi məktəb oxumasına və şəhid olmasına qədərki mərhələ əsərin süjetini təşkil edir. Anadan olduğu zaman belə digər yaşıdlarından fərqlənən Mübariz hərbi məktəbin qarşısında bir dilənçi sandığı qadınla rastlaşdığı zaman da fərqliliyini göstərir. Daha sonra məlum olur ki, bu qadın dilənçi deyil. Onun övladlarından biri kiçik yaşlarında erməni təcavüzünə qurban olub. Digər oğlu isə Vətən uğrunda şəhid olub. Əsərdə ermənilərin iç üzü açıq-aşkar əks olunur. Əsərin sonunda Mübarizin təmas xəttini keçdiyinə rast gəlirik. Maraqlısı budur ki, düşmən bunun tək bir əsgər olduğuna inanmaq istəmir. Elə bilir ki, Azərbaycan ordusu hücuma keçib. Düşmənə ağır zərbə vuran Mübariz İbrahimov şəhadət şərbətini içir və şəhidlik zirvəsinə ucalır. Əsərdə diqqəti cəlb edən obrazlardan biri də onun sevdiyi qızdır. Baxmayaraq ki, ürəyində şəhidlik arzusu olduğu üçün o qıza sevdiyini açıq söyləyə bilmir.
Qisas Gecəsi
Qisas GecəsiElxan Elatlı · Elgün · 2012290 okunma
328 syf.
10/10 puan verdi
Kitab tək kəlimə ilə möhtəşəm idi. Əsərin əvvəllərində bizə sadəcə sadə bir tarixi roman ilə rastlaşdığımızı sanırıq, lakin sonradan bizə məlum olur ki, əsər sadə bir tarixi roman deyil. Əsərdə təmizqəlbliliyi, qoyduğu qanunların hamı üçün keçərli olduğunu sübut edən bir müəllim və onun bunu öz canı bahasına sübut edən şagirdi diqqətimizi xüsusilə cəlb edir. Bir də hər nə olur olsun, heç bir şərtdən aslı olmayaraq övladlarını qorumağa çalışan, müəllifin də "qadınlar zəif olur, amma analar güclü" cümləsi ilə səciyyələndirdiyi ana obrazı ilə də rastlaşırıq.
Doxsan Üçüncü İl
Doxsan Üçüncü İlVictor Hugo · Kitab Klubu Nəşriyyatı · 2017669 okunma