" Sən balığı təkcə sağ qalmaq, ya satmaq üçün öldürməmisən, - fikirləşdi, - sən onu özünü öymək üçün , həm də balıqçı olduğuna görə öldürmüsən. Axı balığı diriykən də sevirdin, öləndən sonra da sevirsən. Əgər sən balığı indi də ondakı kimi sevirsənsə, demək, onu öldürmək heç də günah deyil. Sevdiyini öldürmək günah sayılmır. Bəlkə də, əksinə, ən böyük günahdır".